Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-69/2023 26.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə samsung paltaryuyan üçün 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********53622 olan Xiaomi redmi 9T markalı telefon üçün 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə X2 üçün 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə olmaqla ümumilikdə 1019 manat borc və 30.19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 8.11.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG PALTARYUYAN, İMEİ kodu **********53622 XİAOMİ REDMİ 9T markalı telefon, X2 almış və nəticədə 1019 (min on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1180.8 (min yüz səksən manat, səksən qəpik) manat (18 ay x 65.6 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG PALTARYUYAN üçün 449 (dörd yüz qırx doqquz) manat olmaqla, ondan, 409 (dörd yüz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 399.96 (üç yüz doxsan doqquz manat, doxsan altı qəp) manat (12 ay 33.33 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********53622 XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə, 302 (üç yüz iki) manat olmaqla ondan, 275 (iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 585.6 (beş yüz səksən beş manat, altmış qəp) manat (12 ay 48.8 manat + 0 manat ilkin ödəniş) X2 üçün ümumilikdə, 268 (iki yüz altmış səkkiz) manat olmaqla ondan, 244 (iki yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1238.36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuş, cavabdeh tərəfindən məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci ildə 22055524 nömrəli, xx.xx.2021-ci ildə 23200549 nömrəli və xx.xx.2021-ci ildə isə ******* nömrəli alqı-satqı müqavilələri imzalanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - yuxarıda qeyd edilən müqavilələrin müvafiq olaraq 1.1 və 2.1-ci bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni xx.xx.2020-ci il tarixli müqavilə üzrə samsung paltaryuyanı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə X1 və xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********53622 olan Xiaomi redmi 9T markalı telefonu Cavabdeh verir və alıcı qeyd edilən malları müqavilədə göstərilən şərtlərlə qəbul edir; - müqavilələrin 2.2, 2.3 və 3.7-ci bəndlərindən aydın olur ki, müqavilənin predmetini təşkil edən mala dair məlumat və malın qiyməti həmin müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirilir, müştəri icbari ödənişləri ödədikdən (tələb olunduğu halda) sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malı ona təqdim edir və müqavilənin ödəmə qaydası ona edilmiş əlavə ilə müəyyən edilir; - müqavilələrin 2.4-cü bəndinə əsasən müştəri malı qəbul edir və yalnız malı istifadə etmək hüququ ona keçir; - xx.xx.2020-ci il tarixli müqavilələrin 4.3-cü maddəsi ilə müəyyən edilir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və 5 (beş) il müddətinə qüvvədədir. - müqavilələrin 3.11-ci maddəsi ilə müəyyən edilir ki, müştəri müqavilədə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öhdəliklərini pozarsa və s hallarda bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu malı “ABC”nin tələbi ilə saz və korlanmamış vəziyyətdə ona geri qaytarmalı, bu mümkün olmadıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. - bundan əlavə müqavilələrə edilmiş əlavələrdən isə aydın olur ki, həmin əlavələr tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsidir və həmin əlavələrə əsasən “ödəniş cədvəli” üzrə müştəri müvafiq olaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə 18 dekabr 2020-ci ildən başlayaraq 18 ay ərzində hər ay 65.60 manat (altmış beş manat, altmış qəpik), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 avqust 2021-ci ildən başlayaraq 12 ay ərzində hər ay 48.80 manat (qırx səkkiz manat, səksən qəpik), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 16 noyabr 2021-ci ildən başlayaraq 12 ay ərzində hər ay 33.33 manat (otuz üç manat, otuz üç qəpik) məbləğində pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. - həmçinin əlavələrin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətə yerinə yetirmədikdə “Malı” geri qaytarır, bu zaman mal “ABC”-nin özü tərəfindən və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən olunan məbləğ “müştəri”nin ümumi borcundan çıxılır. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onların dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı samsung paltaryuyan, X2 və İmei kodu **********53622 olan Xiaomi redmi 9T markalı telefonu cavabdehə vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini lazıminca icra etmişdir. xx.xx.2022-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda cavabdehə öhdəliyin icrasını gecikdirməsi barədə xəbərdarlıq olunmuş, həmçinin müqavilələrin 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə saz və korlanmamış vəziyyətdə qaytarılmasını təklif etmiş, bu zaman malın şirkət tərəfindən birtərəfli qaydada qiymətləndiriləcəyi, bu mümkün olmadıqda isə malın dəyərinin tam şəkildə qaytarılacağı barədə bildirilmiş, öhdəliyin icrası tələbi ilə bağlı çağırışa 3 gün ərzində riayət olunmadığı təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı qaydalara əməl olunmuşdur. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrə edilmiş əlavədən müəyyən edilir ki, həmin əlavələrin 2-ci əsasən ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Borcların və cərimələrin miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödəmiş olduğu məbləğin 771.8 manat təşkil etdiyi, iddiaçıya müqavilə üzrə 409 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödəmiş olduğu məbləğin 124.96 manat təşkil etdiyi, iddiaçıya 275 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2021ci il tarixli müqavilə üzrə cəmi ödəmiş olduğu məbləğin 341.6 manat təşkil etdiyi, iddiaçıya 244 manat ödənilməmiş hissə, 24 manat cərimə olmaqla, ümumilikdə cəmi 1019 manat borcunun olduğu aydın olur. Əsas borcun məbləğinə münasibətdə maliyyə və ödəniş cədvəlini müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə və ödəniş cədvəli müqavilə üzrə əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Məhkəmə həmçinin tələb olunan cərimə məbləğini əsas borca mütənasib hesab edir və azaldılması üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 409 (dörd yüz doqquz) manat əsas borc, 40 (qırx) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275 (iki yüz yetmiş beş) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 244 (iki yüz qırx dörd) manat əsas borc, 24 (iyirmi dörd) manat cərimə olmaqla cəmi 1019 (bir min on doqquz) manat borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30.19 manat (otuz manat, on doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 409 (dörd yüz doqquz) manat əsas borc, 40 (qırx) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 275 (iki yüz yetmiş beş) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 244 (iki yüz qırx dörd) manat əsas borc, 24 (iyirmi dörd) manat cərimə olmaqla cəmi 1019 (bir min on doqquz) manat borc Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 30.19 manat (otuz manat, on doqquz qəpik) miqdarında dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-69/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-69/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver