Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-759/2024 03.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında (yazılı icraat qaydasında) baxaraq müəyyənetdi: İddiaçı “18” noyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 C9790019/23 nömrəli xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 1812 manat əsas borc və 150 cərimə borcu olmaqla cəmi 1962 manat, C9790026/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 1201 əsas borc və 100 manat cərimə borcu olmaqla cəmi 1301 manat, C9790028/23 nömrəli xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsi üzrə 1283 manat əsas borc və 120 manat cərimə borcu olmaqla cəmi 1403 manat ümumilikdə 4666 (dörd min altı yüz altmış altı) manat, habelə dövlət rüsumu əvəzi ödənilmiş 67.19 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790028/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 4200 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd İphone 14 Pro, məhsulu 15 ay müddətinə, hər ay 280 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790028/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1283 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh2 oğl arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790026/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 3950 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd İphone 14 Pro, məhsulu 15 ay müddətinə, hər ay 263 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli C9790026/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1201 manat təşkil edir. Bundan başqa, satıcı/İddiaçı ilə alıcı/Cavabdeh2 oğl arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790019/23 nömrəli Nisyə satış müqaviləsinə əsasən 7600 manat dəyərində, 100 manat ilkin ödəniş olmaqla, 1 ədəd İphone 14 Pro 128 GB-məhsulu 15 ay müddətinə, hər ay 500 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023cü il tarixli C9790019/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1812 manat təşkil edir. Sözügedən C9790019/23, C9790026/23, C9790028/23 nömrəli Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, cavabdehlərdən sadalanan müqavilələr üzrə qalıq əsas borcun 5-10 faizi nisbətində cərimə məbləğlərini tələb edir. Eyni zamanda, yuxarıda sadalanan C9790019/23, C9790026/23, C9790028/23 nömrəli Nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq müvafiq tarixlərdə Cavabdeh1 ilə Zaminlik müqavilələri bağlanmışdır. Zamin/cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh2 arasında 31 yanvar 2023-cü il tarixli C9790019/22, 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli və 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli nisyə satış müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında bağlanmış müqaviləni yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş müqavilədən belə məlum olur ki, tərəflər alqı-satqı müqavilələrinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilələrin: - 31 yanvar 2023-cü il tarixli C9790019/22 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» bu müqaviləyə əsasən dəyəri 7600 AZN olan məhsulu (telefonu və s.) «Alıcı»ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya gorə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər infilyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. - 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» bu müqaviləyə əsasən dəyəri 3950 AZN olan məhsulu (telefonu və s.) «Alıcı»ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya gorə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2 dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər infilyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. - 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» bu müqaviləyə əsasən dəyəri 4200 AZN olan məhsulu (telefonu və s.) «Alıcı»ya nisyə satmağı «Alıcı» isə satılmış əşyaya gora 0 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2 dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər infilyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. - hər üç müqavilənin 2.4.2, 2.4.3 və 2.4.4-cü bəndlərinə əsasən «Alıcı» nisyə borcunun hər hansı bir hissəsini müqavilə müddəti və ödəmə cədvəlində göstərilmiş müddət bitənədək ödəməzsə "Satıcı"ya ödədiyi pulu geri tələb etmədən nisyə aldığı malı (əşya və malı) «Satıcı»ya geri qaytarmağı öhdəsinə götürür. Həmçinin alıcı öhdəsinə götürür ki, geri qaytarılan məhsul vəziyyətinə görə qiymətləndirilir və borcdan çıxılmasına etiraz etmir, bu zaman avadanlığın geri qaytarılması «Alıcı»nı borcunu ödəmək öhdəliyindən azad etmir, «Alıcı» qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə(dəbbə) pulu ödəməyi öhdəsinə götürür. «Satıcı» «Alıcının» borcunu vaxtında ödəmədiyi halda məhkəməyə müraciət edilə bilər. - hər üç müqavilənin 3.1-ci bəndində əsasən ödəniş müddəti bitənə qədər nisyə satılmış mal "Fiziki şəxs İddiaçı Haciəli oğlu“nun girovu hesab olunur.Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlanıla bilməz. Ödəniş gecikdirildiyi halda "Satıcı" istənilən vaxt 2.4.2. bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. İddiaçı ilə Cavabdeh1 arasında 07 noyabr 2022-ci il tarixli C9790019/22 nömrəli, 12 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli və 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli bağlanmış zaminlik müqavilələri ilə tərəflər razılığa gəlmişlər ki: - 07 noyabr 2023-cü il tarixli C9790019/22 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin satıcı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790019/22 nömrəli nisyə satış müqaviləsi (sonrakı mətndə ismin müvafiq halında “əsas müqavilə”) ilə əmələ gəlmiş öhdəliyin icra edilməsi üçün tam həcmdə və birgə məsuliyyəti istisnasız və qeyd-şərtsiz öz üzərinə götürür. 12 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli zamin satıcı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790026/23 nömrəli nisyə satış müqaviləsi (sonrakı mətndə ismin müvafiq halında “əsas müqavilə”), ilə əmələ gəlmiş öhdəliyin icra edilməsi üçün tam həcmdə və birgə məsuliyyəti istisnasız və qeyd-şərtsiz öz üzərinə götürür. 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli zamin satıcı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli C9790028/23 nömrəli nisyə satış müqaviləsi (sonrakı mətndə ismin müvafiq halında “əsas müqavilə”) ilə əmələ gəlmiş öhdəliyin icra edilməsi üçün tam həcmdə və birgə məsuliyyəti istisnasız və qeyd-şərtsiz öz üzərinə götürür. - hər üç zaminlik müqaviləsinin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən satıcının borclunun əsas müqavilə üzrə öhdəliklərdən hər hansı formada yayınması: ölkədən getməsi, vəfat etməsi, əmək qabiliyyətini itirməsi, həbs olunması, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olunması, müflis hesab olunması, itkin düşməsi və ya ölmüş elan olunması, fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya itirilməsi, öhdəliyi icra edə bilməməsinə səbəb olan istənilən hadisə və şəraitdən asılı olmayaraq qalıq borcu zamindən tələb etmək və qalıq borcu borcludan, zamindən və ya eyni zamanda borcludan və zamindən müştərək qaydada tələb etməkdə sərbəst qərar qəbul etmək hüquqları vardır. - hər üç zaminlik müqaviləsinin 3.2.1 və 3.2.2-ci bəndlərinə əsasən zamin satıcının ilk tələbi ilə ödəniş cədvəlinə uyğun borcu vaxtında ödəmək, borcun ödənilməsi gecikdiyi halda ötürülmüş hər gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəmək vəzifələri vardır. - hər üç zaminlik müqaviləsinin 5.1 bəndinə əsasən zaminlik əsas müqavilənin qüvvədə olduğu son tarixdən etibarən 5 (beş) il ərzində qüvvədədir. Məhkəmə belə hesab edir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu ilə yanaşı, zaminin də “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Zamin olan cavabdeh tərəfindən iddiaya qarşı etiraz verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Zaminliyə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. 31 yanvar 2023-cü il tarixli C9790019/22 müqavilənin 2 nömrəli əlavəsinə (ödəniş cədvəli) əsasən, iki ədəd «İPHONE 14 PRO» markalı telefonun alıcıya 15 aylıq kreditlə, aylıq 500 manat, 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli müqavilənin 2 nömrəli əlavəsinə (ödəniş cədvəli) əsasən «İPHONE 14 PRO» markalı telefonun alıcıya 15 aylıq kreditlə, aylıq 263 manat, sonuncu ay isə 268 manat, 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli müqavilənin 2 nömrəli əlavəsinə (ödəniş cədvəli) əsasən, «İPHONE 14 PRO» markalı telefonun alıcıya 15 aylıq kreditlə, aylıq 280 manat ödəmək şərtilə verildiyi aydın olur. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə «İPHONE 14 PRO» markalı telefonları borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli C9790019/22 nömrəli, 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli və 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli müqavilələrin təhvil-təslim aktlarının 3 nömrəli əlavələrindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı tərəfindən «İPHONE 14 PRO» markalı telefonların Cavabdeh2 verildiyi məlum olur. Belə ki, borcalan öz imzası ilə göstərilmiş malı aldığını təsdiq etmişdir. İddiaçı tərəfindən borcalana və zaminə kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən borcalana və zaminə xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, 31 yanvar 2023-cü il tarixli C9790019/22 nisyə satış müqaviləsinə əsasən Cavabdeh2 2 ədəd “İPHONE 14 PRO" markalı telefonu 15 aylıq kreditlə, aylıq 500 manat ödəməklə 7600 manat dəyərində almağa razılıq verib və müqavilə üzrə əsas borcu 1812 manat təşkil edir. Həmçinin, 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli nisyə satış müqaviləsinə əsasən Cavabdeh2 “İPHONE 14 PRO" markalı telefonu 15 aylıq kreditlə, aylıq 280 manat ödəməklə 4200 manat dəyərində almağa razılıq verib və müqavilə üzrəb əsas borcu 1283 manat təşkil edir. Eyni zamanda, yuxarıda sadalanan nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq müvafiq tarixlərdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% (bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürüb. Cavabdehlər tərəfindən iddiaçı qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh2 və Cavabdeh1 məxsus xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bağlanmış müqavilələr üzrə ümumilikdə 4296 (dörd min iki yüz doxsan altı) manat əsas, 370 (üç yüz yetmiş) manat cərimə pulu qaldığı bəlli olur. Sözügedən müqavilə kreditorun borclu qarşısında öz öhdəliyini tam yerinə yetirdiyini, cavabdehlərin isə öhdəliyini lazımınca icra etmədiyini sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehlər öhdəliyin lazımınca icrasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 2.4.4-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı'ya hər gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 4296 (dörd min iki yüz doxsan altı) manat əsas borcuna münasibətdə iddiaçı 370 (üç yüz yetmiş) manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 214.8 (iki yüz on dörd manat, səksən qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 31 yanvar 2023-cü il tarixli C9790019/2213 nömrəli, 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli və 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli müqavilələrinə əsasən 4296 (dörd min iki yüz doxsan altı) manat əsas, 214.8 (iki yüz on dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla cəmi 4510.8 (dörd min beş yüz on manat, səksən qəpik) manat məbləğində borc Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 64.95 (altmış dörd manat, doxsan beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 31 yanvar 2023-cü il tarixli C9790019/2213 nömrəli, 13 fevral 2023-cü il tarixli C9790026/23 nömrəli və 16 fevral 2023-cü il tarixli C9790028/23 nömrəli müqavilələrinə əsasən 4296 (dörd min iki yüz doxsan altı) manat əsas, 214.8 (iki yüz on dörd manat, səksən qəpik) manat cərimə borcu olmaqla cəmi 4510.8 (dörd min beş yüz on manat, səksən qəpik) manat məbləğində borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh2 və Cavabdeh1 64.95 (altmış dörd manat, doxsan beş qəpik) manat miqdarında dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-759/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-759/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver