Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-83/2025 14.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnfomrasiya Sisitemi vasitəsi ilə ərizə ilə müraciət edərək, Cavabdeh 195,59 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 225,59 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, “OPEL VECTRA” markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il noyabrın 15-də Cavabdeh idarə etdiyi “OPEL VECTRA” markalı, **- TJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Həsən Əliyev küçəsində “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri nəticəsində baş vermiş və “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusa maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə düzəliş barədə ərizəyə əsasən texniki səhv səbəbi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı hissəsinə “** ZO ***” əvəzinə “** ZO ***” qeyd edildiyi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı “** ZO ***” olaraq nəzərə alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinə mövcud texniki səhvliyin düzəldilməsi barədə iddiaçının ərizəsi nəzərə alınmaqla baxılmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2021-ci il tarixli PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı istehsal ili 2006 olan, 90TJ261 dövlət qeydiyyat nişanlı, OPEL VECTRA model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: 1) bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması, sığorta haqqı 75 manat, yekun sığorta haqqı 67.5 manat olmaqla, 1 il sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP4368682 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri H.Əliyev prospekti ərazisində OPEL VECTRA minik markalı, 99TJ261 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması nəticəsində “BMC Procity 12M” markalı 99JU368 dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir, həmçinin hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. PXA107760 nömrəli Sığorta Aktından ümumi məlumatlar bölməsində PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə OPEL VECTRA markalı, 90TJ261 dövlət qeydiyyat nişanlı, istehsal ili 2006-ci il olan avtomobilin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Həsən Əliyev prospektində baş verdiyi, sığortalanmış avtomobil – OPEL VECTRA markalı, 90TJ261 dövlət qeydiyyat nişanlı avtomobilin BMC Procity 12M markalı 99JU368 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, dəymiş zərərin 002342 nömrəli zərər aktı barədə hesabata uyğun olaraq müəyyən edildiyi, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 195.59 AZN olduğu, qiymətin əsasının zərər aktı olduğu, sığorta ödənişinin 195.59 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. 002342 nömrəli zərər aktı hesabatından BMC Procity 12M markalı, 99JU368 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 195.59 manat həcmində olması müəyyən edildiyi, zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı, ölçü vahidi, məbləğlərinin: sol arxa yan panelin qismən rənglənməsi qiyməti 63.75 manat, sol arxa yan panelin pardaqlanması qiyməti 23 manat, sol arxa bamperin qismən rənglənməsi qiyməti 56 manat, sol arxa bamperin pardaqlanması 23 manat, ƏDV 29.84 olmaqla, yekun 195.59 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli, 3430 nömrəli ödəniş tapşırığından 195.59 manat dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən BakuBus MMC-nin AZ59AZRT******************** nömrəli hesab nömrəsinə təhvil verildiyi müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 05/01-924 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan xx.xx.2021-ci il saat 14:00 radələrində Bakı şəhəri, Həsən Əliyev küçəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Vectra” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMC Procity 12M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşduğu, nəticədə sonuncuya maddi zərər dəydiyi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə avtobusa dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 195.59 (bir yüz doxsan beş manat, 59 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-ci maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququnun yarandığı, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi: bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququnun həmin şəxsə qarşı yarandığı, yuxarıda qeyd olunanları və hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyi nəzərə alaraq 195.59 (bir viiz doxsan beş manat, 59 qəpik) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hiiqııqi şəxslər/ Müştəri kodu 154830/VÖEN:**********/ olan cari hesaba mədaxil/Təyinata ad, soyad, PXA********** yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməsinin təklif olunduğu, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də Cavabdeh tutulacağı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "OPEL VECTRA" markalı, 90TJ261 dövlət qeydiyyat nişanlı Bakı şəhəri, Həsən Əliyev prospekti istiqamətində "BMC Procity 12M” markalı, 99JU368 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən “OPEL VECTRA” markalı, 90TJ261 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "BMC Priocity 12M” markalı, 99JU368 dövlət qeydiyyat nişanlı avtomobilə 195.59 manat məbləğində maddi zərər dəymişdir. PXA********** saylı sığorta aktı əsasında xx.xx.2022-ci il tarixli, 3430 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 195.59 manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. PXA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış icbari Sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı 90TJ261 dövlət qeydiyyat nişanlı, OPEL VECTRA model minik nəqliyyat vasitəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. OPEL VECTRA model minik markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 195.59 manat məbləğində zərər zərərçəkən BakuBus MMC-nin hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 195.59 (bir yüz doxsan beş manat, əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 195.59 (bir yüz doxsan beş manat, əlli doqquz) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-83/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-83/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver