Məhkəmə qərarları › İş №e-2(079)-837/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-837/2025

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-837/2025 19.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sadiq oğluna qarşı lizinq predmetinin geri qaytarılması və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “10” dekabr 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, DƏ-637-3/25 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən, reyestr nömrəsi **********36- 11301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 345.2 kv.m və 0.0692 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın Cavabdeh müvəqqəti sahiblik və istifadəsindən geri alınması, mənzilin boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsi və iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq Bank "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli DƏ-637/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə reyestr nömrəsi **********36-11301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 345.2 kv.m və 0.0692 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlak sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 01 saylı “Əlavə Saziş”-ə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASC-yə ötürülmüşdür. Bank "xxxx" ASC və X5 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, DƏ-637-1/25 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən xx.xx.2024-cü il tarixli DƏ-637/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X3 ötürülmüşdür. Bank "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, DƏ-637-2/25 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən xx.xx.2024-cü il tarixli DƏ-637/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh ötürülmüşdür. Bank "xxxx" ASC Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, DƏ-637-3/25 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən xx.xx.2024-cü il tarixli DƏ-637/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh ötürülmüşdür. xx.xx.2025-ci il tarixli təhvil təslim aktına əsasən reyestr nömrəsi **********36-11301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 345.2 kv.m və 0.0692 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlak Cavabdeh təhvil verilmişdir. Cavabdeh lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 188067.59 manat əsas borc, 3677.5 manat faiz borcu, 853.53 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2025-ci il tarixinə ümumi borcu 192598.62 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş qaydada tələblər irəli sürüləcəyi qeyd edilmişdir. Mülki iş materiallarını nəzərdən keçirən məhkəmə belə nəticəyə gəlir ki, hazırda yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sadiq oğluna qarşı lizinq predmetinin geri qaytarılması və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə 19 fevral 2026-cı il tarixli, 2(079)-837/2025 nömrəli bildirişlə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. 19 fevral 2026-cı il tarixli, 2(079)-837/2025 nömrəli bildirişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də məhkəmə sənədlərinin xx.xx.2026-cı ildə cavabdehə rəsmi qaydada təqdim edilməsi aydın olur. “11” mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclası isə tərəflərin məhkəmə iclasında iştirak etməməsinə görə təxirə salınaraq, “19” mart 2026-ci il tarixə saat 0920-ə Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş və bu barədə tərəflərə 12 mart 2026-cı il tarixli, 2(079)-837/2025 nömrəli sifarişli poçt göndərişi (məhkəmə bildirişi) göndərilmişdir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə yenə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin məhkəməyə təqdim edilmiş mobil telefon nömrəsinə SMS göndərilmiş, həmçinin məhkəmə bildirişi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 10-1.8-ci maddəsinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən AsanPay vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sadiq oğluna qarşı lizinq predmetinin geri qaytarılması və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən Bank BTB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılarkən AsanPay vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar