Məhkəmə qərarları › İş №e-2(079)-848/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-848/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-848/2025 21.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 29 iyul 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş Apple İphone 16 Pro Max 256 GB Natural Titanium markalı cihazın qalıq borcu 3597,39 (üç min beş yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat borc məbləğinin və ödənilmiş 55.97 (əlli beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 29 iyul 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3599 (üç min beş yüz doxsan doqquz) manat təşkil edən Apple İphone 16 Pro Max 256 GB Natural Titanium markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq199,94 (yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu,cəmi 1,61 (bir manat altmış bir qəpik) manat ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3597,39 (üç min beş yüz doxsan yeddi manat otuz Dövlət rüsumunun ödənilməsi haqqında məlumat doqquz qəpik) manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə Abonent tərəfindən müqavilə üzrə ödənişlərini müəyyən edilmiş qrafikə uyğun olaraq tam və vaxtında icra etməlidir. Abonent Müqavilə üzrə ödənişləri tam və vaxtında etmədikdə Operator Abonentə yazılı və ya SMS bildiriş göndərərək borcun ödənilməsini tələb edir. Bildirişdə göstərilən müddət ərzində borcun ödənilməsi həyata keçirilmədiyi halda Operator birtərəfli qaydada Müqaviləyə xitam vermək, Abonentdən icra edilməmiş öhdəliklərini tam və dərhal yerinə yetirilməsini tələb etmək və malın İMEİ kodunu/kodlarını bloklamaq hüququna malikdir. Müqaviləyə xitam verildikdən sonra Abonent borc məbləğin tam şəkildə ödəmədikdə Operator borcun məcburi qaydada tutulması üçün hüquqi tədbir görmək hüququna malikdir. Müqavilənin 5.5.2-ci maddəsinə görə Abonent müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, Operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqavilənin 5.5.3-cü maddəsinə görə Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi Tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə MPM-in XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə BKC/2025/1421050/044 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - yuxarıda qeyd edilən müqavilənin müvafiq olaraq 1.1-ci bəndinə əsasən operator bu Müqavilə ilə müəyyən olunan şərtlərlə Müqavilənin 2-ci bəndində qeyd olunan Malı (bundan sonra "Mal" adlanacaq) və müvafiq xidmətləri Abonentə təqdim etməyi, Abonent isə Müqavilədə qeyd olunan şərtlərlə Malı və xidmətləri qəbul edib əvəzində razılaşdırılmış qiymətini Operatora ödəməyi öhdəsinə götürür; - müqavilənin 2-ci bəndindən aydın olur ki, malın adı: APPLE İPHONE 16 PRO MAX 256 GB NATURAL TİTANİUM, Vəziyyəti: Yeni, İMEİ kodu/kodları: İMEİ 1: **********44709, İMEİ 2: **********29569, Hissəli satış qiyməti (tariflə birlikdə), ƏDV daxil: 3599.00 AZN, Aylıq ödəniş məbləği: 199.94 AZN; - müqavilənin 3.1 və 3.3-cü bəndlərinə əsasən malın hissəli satış qiyməti (tariflə birlikdə) 18 aylıq hissəyə bölünərək ödəniş qrafikinə uyğun olaraq hər ay Operator tərəfindən Abonentin bu Müqavilənin 1.3.1-ci bəndində qeyd olunan mobil telefon nömrəsinin balansından silinmə yolu ilə tutulur. Abonent, aylıq ödənişlərin vaxtında həyata keçirilməsi üçün mobil telefon nömrəsinin balansında kifayət qədər vəsaitin olmasını təmin etməyi öhdəsinə götürür. X1 xidmətlərində ödəniş etdikdə ona kassa çeki təqdim olunur; - müqavilənin 4.1 və 4.7-ci bəndləri ilə müəyyən edilir ki, abonent bu Müqavilə üzrə ödənişlərini müəyyən edilmiş qrafikə uyğun olaraq tam və vaxtında icra etməlidir. Abonent Müqavilə üzrə ödənişləri tam və vaxtında etmədikdə Operator Abonentə yazılı və ya SMS bildiriş göndərərək borcun ödənilməsini tələb edir. Bildirişdə göstərilən müddət ərzində borcun ödənilməsi həyata keçirilmədiyi halda Operator birtərəfli qaydada Müqaviləyə xitam vermək, Abonentdən icra edilməmiş öhdəliklərini tam və dərhal yerinə yetirilməsini tələb etmək və Malın İMEİ kodunu/kodlarını bloklamaq hüququna malikdir. Müqaviləyə xitam verildikdən sonra Abonent borc məbləğini tam şəkildə ödəmədikdə Operator borcun məcburi qaydada tutulması üçün hüquqi tədbirlər görmək hüququna malikdir. Hər bir Tərəf bu Müqavilənin icrası üzrə hərəkət və hərəkətsizliyi nəticəsində digər Tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır; - müqavilənin 5.5.2 və 5.5.3-cü bəndlərinə görə abonent müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, Operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi Tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir; - bundan əlavə “ödəniş cədvəli” üzrə müştəri müvafiq olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixdən başlayaraq 18 ay ərzində hər ay 199.94 (bir yüz doxsan doqquz manat, doxsan dörd qəpik) manat məbləğində pulu İddiaçınə ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, MM-in 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. MM-in 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə müəyyən olunur ki, razılaşma üzrə iddiaçının müqavilələrdə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onun müqavilədən irəli gələn əsas öhdəliyidir. xx.xx.2025-ci il tarixli cavabdehə verilmiş xəbərdarlıq məktubunda cavabdehə öhdəliyin icrasını gecikdirməsi barədə xəbərdarlıq olunmuş, həmçinin müqavilənin 5.5.2-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 29 iyul 2025-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyi, 3597,39 (üç min beş yüz doxsan yeddi manat otuz doqquz qəpik) borc məbləğini 3 (üç) gün müddətində ödəməyi təqdirdə həmin məbləğin, dövlət rüsumu və hüquqi xidmət haqqının tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı qaydalara əməl olunmuşdur. Cavabdeh isə iddiaçı ilə bağlamış olduğu müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPMin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində APPLE İPHONE 16 PRO MAX 256 GB NATURAL TİTANİUM markalı cihazın nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı 3597,39 manat borcu tələb etməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Borc miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışdan Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə iddiaçıya cəmi 1,61 (bir manat altmış bir qəpik) manat ödəniş etmiş, 3597,39 (üç min beş yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat ödənilməmiş əsas borcunun olduğu aydın olur. Əsas borcun məbləğinə münasibətdə maliyyə arayışını müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, maliyyə və ödəniş cədvəli müqavilə üzrə əsas və faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə, nəzərə alına və kifayət sayıla bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli, BKC/2025/1421050/044 nömrəli müqavilə üzrə 3597,39 (üç min beş yüz doxsan yeddi manat, otuz doqquz qəpik) manat məbləğində əsas borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 55.97 (əlli beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, BKC/2025/1421050/044 nömrəli müqavilə üzrə 3597,39 (üç min beş yüz doxsan yeddi manat, otuz doqquz qəpik) manat məbləğində əsas borc Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Cavabdeh 55.97 (əlli beş manat, doxsan yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar