Məhkəmə qərarları › İş №e-2(080)-160/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-160/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-160/2022 20.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi X1, iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” MMC Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 683 manat əsas borc, 68 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 350 manat əsas borc, 35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 287 manat əsas borc, 28 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 97 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 90 manat əsas borc, 9 manat cərimə, ümumilikdə 1656 manat borc və 36.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "ABC Telecom” MMC-nin baş direktoru H.İsrafilzadə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "ABC Telecom” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilə imzalanmış, o, "ABC Telecom” MMC-dən İMEİ Kod **********12706 X3 10 markalı telefon, LG LED TV, İMEİ Kod **********77147 Samsung Galaxy A02 markalı telefon, İMEİ kod **********89731 Samsung Galaxy A10 markalı telefon, İMEİ kod **********94796 Samsung Galaxy A10 markalı telefon almış, müqavilələr üzrə ümumilikdə1656 manat borcu yaranmışdır. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən G.X2 Note 10 markalı telefon, LG LED TV, Samsung Galaxy A02 markalı telefon, Samsung Galaxy A10 markalı telefon, Samsung Galaxy A10 markalı telefon satılmışdır. 06 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə X3 10 telfon üçün alqı-satqı qiyməti 723.6 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 40.2 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 40.6 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 683 manat, cərimə pulu 68 manat, LG LED TV üçün alqı-satqı qiyməti 450 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 25 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 100 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 350 manat, cərimə pulu 35 manat, Samsung Galaxy A02 İMEİ Kod **********77147 markalı telfon üçün alqı-satqı qiyməti 333.2 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 26.1 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 46.2 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 287 manat, cərimə pulu 28 manat, İMEİ kod **********89731 Samsung Galaxy A10 markalı üçün alqı-satqı qiyməti 391.8 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 32.4 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 294.8 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 97 manat, cərimə pulu 9 manat, İMEİ kod **********94796 Samsung Galaxy A10 markalı telefon üçün alqı-satqı qiyməti 412.2 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 22.9 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 322.2 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 90 manat, cərimə pulu 9 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 01.08. 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 36.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC Telecom” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 683 manat əsas borc, 68 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 350 manat əsas borc, 35 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 287 manat əsas borc, 28 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 97 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 90 manat əsas borc, 9 manat cərimə, ümumilikdə 1656 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 36.96 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23032073 nömrəli müqavilə üzrə 683 manat əsas borc, 68 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22266697 nömrəli müqavilə üzrə 350 manat əsas borc, 35 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23064226 nömrəli müqavilə üzrə 287 manat əsas borc, 28 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21121411 nömrəli müqavilə üzrə 97 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli, 20299203 nömrəli müqavilə üzrə 90 manat əsas borc, 9 manat cərimə, ümumilikdə 1656 manat borc və 36.56 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar