Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-187/2023 26.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul (müqavilədən irəli gələn öhdəlik üzrə mübahisə) tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” MMC Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTER üçün 1129.26 (bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 112.74 (yüz on iki manat yetmiş dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün 147.08 (yüz qırx yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.92 (on dörd manat doxsan iki qəpik) manat cərimə Ümumilikdə 1404 manat borc, 34.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı "ABC Telecom” MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri R. Süleymanlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon almış və nəticədə 1404 (bir min dörd yüz dörd) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2340.46 (iki min üç yüz qırx manat qırx altı qəpik) manat (18 ay x 102.07 manat + 503.2 manat ilkin ödəniş) olan İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTERüçün ümumilikdə 1242 (bir min iki yüz qırx iki) manat olmaqla, ondan, 1129.26 (bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 112.74 (yüz on iki manat yetmiş dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 947.6 (doqquz yüz qırx yeddi manat altmış qəpik) manat (12 ay x 62.3 manat + 200 manat ilkin ödəniş) olan İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefonüçün ümumilikdə 162 (yüz altmış iki) manat olmaqla, ondan, 147.08 (yüz qırx yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.92 (on dörd manat doxsan iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində QİZİL ZƏMANƏT ULTRA2 İL-dən imtina etmiş və məhsul 332 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 879.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 332 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 800.52 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrə əsasən Cavabdeh "ABC Telecom” MMC tərəfindən İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTER satılmışdır. xx.xx.2021-ci il tarixli 22468893 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrə əsasən Cavabdeh "ABC Telecom” MMC tərəfindən İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon satılmışdır xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. 29 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün alqı-satqı qiyməti ilkin ödəniş daxil olmaqla 2340.46 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 102.07 manat müəyyən edilmiş, cavabdeh yaranmış əsas borcdan 1211.2 (879.2+332 məhsul qaytarılqdıqdan sonra qoyulan qiymət) manat ödəniş etmiş, İmei kod **********97410 İPHONE 11 markalı telefon, APPLE ADAPTER, İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün 1129.26 manat ödənilməmiş hissə, 112.74 manat cərimə, ümumilikdə, 1242 manat borc təşkil edir. 29 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün alqı-satqı qiyməti ilkin ödəniş daxil olmaqla 947.6 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 62.3 manat müəyyən edilmiş, cavabdeh yaranmış əsas borcdan 800.52 manat ödəniş etmiş, İmei kod **********11880 XİAOMİ Mİ 11 LİTE markalı telefon üçün 147.08 manat ödənilməmiş hissə, 14.92 manat cərimə, ümumilikdə, 162 manat borc təşkil edir. Cavabdehə "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 31 iyul 2023-cü il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 34.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC Telecom” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Cavabdeh "ABC Telecom” MMC-nə ümumilikdə 1404 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 34.04 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1129.26 (bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 112.74 (yüz on iki manat yetmiş dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 147.08 (yüz qırx yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.92 (on dörd manat doxsan iki qəpik) manat cərimə,ümumilikdə 1404 manat borc, 34.04 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-187/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-187/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver