Məhkəmə qərarları › İş №e-2(080)-19/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-19/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-19/2023 19.01.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul (subroqasiya qaydasında) tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iddiaçının xeyrinə 4420 manat vurulmuş zərərin və 64.20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “MAN 22.322“ markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-cİ il tarixdən xx.xx.2021-ci il tarixə qədər icbari sığorta növündə sığortalanmış, sığortalı ilə PXA ********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə, saat 10:49 radələrində Bak şəhəri, Z.Bünyadov prospekti ərazisində Cavabdeh idarə etdiyi “MAN 22.322“ markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı və “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı maşınlarla toqquşmuş, cavabdeh hadisə yerindən yayınmışdır. Bakı DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Bağırov X3 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma), 332.4-cü, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci (araməsafəsi qaydalarının pozulmasına görə) maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 2005 nömrəli zərər aktına əsasən hadisə nəticəsində “Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 125 manat məbləğində, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695 manat məbləğində, “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı maşına (1910+1690) 3600 manat məbləğində zərər dəymişdir. Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə həmin məbləği 78392 nömrəli ödəniş tapşırığı ilə X2 hesabına, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə həmin məbləği 538 nömrəli ödəniş tapşırığı ilə X4 hesabına, “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə həmin məbləği 78393 nömrəli ödəniş tapşırığı ilə X1 hesabına ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddia ərizəsi üzrə tələb olunan məbləğ beş min manatdan az olduğundan hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını məhkəmə mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “MAN 22.322“ markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilı etibarnamə olmadan idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmış, Azərbaycan Respublikası İXM-nin 327.6-cı- 332.4, 332.1-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, **-DD-*** dövlət nömrə nişanlı, “MAN 22.322“ markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvəyə minməsi tarixli xx.xx.2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci il olmuşdur. 2005 nömrəli, xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, “Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 125 manatdır. 2267 nömrəli, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, ““Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (485+210) 695 manatdır. 43 nömrəli, xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, “Runna” markalı, 99-VN-92 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (1910+1690) 3600 manatdır. xx.xx.2022-ci il tarixli, cari hesab çıxarışlarından görünür ki, Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC tərəfindən 29 yanvar 2021-ci il tarixdə 125 manat X2 hesabına, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695 manat X4 hesabına, “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3600 manat X1 hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan “MAN 22.322“ markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı və “Runna” markalı, **- VN-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, Cavabdeh hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi zamanı Paşa Sığorta ASC tərəfindən tam sığorta olunmuş Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 125 manat, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695 manat “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3600 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hadisə nəticəsində Mitsubishi Pajero” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 125 manat, “Mercedes Benz 311” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 695 manat, “Runna” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 3600 manat məbləğində pul vəsaitini ödədiyindən, iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 4420 manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 679.04 manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyndən, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək zərər məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 64.20 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284.5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4420 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 64.20 manat məbləğində pul alınıb "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar