Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-19/2024 31.01.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəp) manat əsas borc, 130 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 14 045,45 (on dörd min qırx beş manat, 45 qəp) manat penya və 200 (iki yüz) manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumu cəmi 35 853,84 (otuz beş min səkkiz yüz əlli üç manat, 84 qəp) manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" şirkəti ilə bağladığı 9/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən, malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2023-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”-ı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 21 608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəp)manat borc qalığını ödəməmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və buda o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Cavabdeh 21 608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəp) manat əsas borc, 130 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 14 045,45 (on dörd min qırx beş manat, 45 qəp) manat penya və 200 (iki yüz) manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumu cəmi 35 853,84 (otuz beş min səkkiz yüz əlli üç manat, 84 qəp) manat məbləğində borcun ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" Şirkətinə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" Şirkəti ilə aralarında bağlanmış 9/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyərinin bir hissəsini malların verilməsindən 15 (on beş) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları almışdır. Həmin Müqavilənin 3.3-cü yarımbəndinə görə Malların dəyəri 3.2 bəndində göstərilən 15 gün müddətində ödənilmədikdə, “Satıcı” malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri “Alıcı”dan tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə Bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”ndan görünür ki, alıcının satıcıya olan borcu 21 608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəp) manat təşkil edir. Tərəflər razılaşırlar ki, yaranmış borc aktın imzalandığı tarixdən etibarən 15 (on beş) gündən gec olmayaraq ödəniləcək. Mülki işin materiallarında olan pretenziyadan müəyyən edilir ki, borclu Cavabdeh 9/21 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası barədə "xxxx" Şirkəti tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin dəbbə puluna dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2 maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Lakin yuxarıda qeyd olunanlardan məlum olur ki, istinad olunan qanunun tərəflər üçün məcburi olan normalarına əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borc üzrə hesablanmış cərimənin məbləği azaldılmalı və 2000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" Şirkəti ilə aralarında bağlanmış 9/21 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh yaranmış öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" Şirkətinin xeyrinə 21608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəpik) manat əsas borc, cərimə borcu üzrə 2000 (iki min ) manat, ümumulikdə 23608,39 (iyirmi üç min altı yüz səkkiz manat, 39 qəpik) manat məbləğində pul və 200 manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9/21 saylı xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsi üzrə 21608,39 (iyirmi bir min altı yüz səkkiz manat, 39 qəpik) manat əsas borc, cərimə borcu üzrə 2000 (iki min ) manat, ümumulikdə 23608,39 (iyirmi üç min altı yüz səkkiz manat, 39 qəpik) manat məbləğində pul və 200 manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçınə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-19/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-19/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver