Məhkəmə qərarları › İş №e-2(080)-194/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-194/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-194/2022 08.12.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı, lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-in nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 avqust 2022-ci il tarixə 494.71 manat gecikdirilmiş əsas, 499.03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 261.74 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6775.40 manat məbləğində pulun, ümumilikdə 8030.88 manat borc və ödənilmiş 100.71 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, LS5A2ASEXMD912613 ban, L3CT513845 mühərrik nömrəli, göy rəngli avtomobil 20600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 22% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 497.80 manat, ümumilikdə isə 28694 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 avqust 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6775.40 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 14 iyun 2022-ci il tarixdə 510 manat məbləğində olmuşdur. Cavabdeh 14 avqust 2021-ci il tarixli ALY-541 saylı saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 avqust 2022-ci il tarixə 494.71 manat gecikdirilmiş əsas, 499.03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 261.74 manat dəbbə pulu, cəmi 1255.48 manat borcu yaranmışdır Daxili lizinq müqaviləsinin şərtlərinə gorə cavabdeh tərəfindən müqavilənin lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-cü il tarixli ALY-541 nömrəli daxili lizinq müqaviləsindən (lizinq müqaviləsinə 1,2,3 saylı əlavələr daxil olmaqla) görünür ki, iddiaçı özünə məxsus qiyməti cəmi 20.600 manat məbləğində olan Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, LS5A2ASEXMD912613 ban, L3CT513845 mühərrik nömrəli, göy rəngli avtomobil olan, lizinq obyektini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin bitmə tarixinə qədər iddiaçının hesabına cəmi 28694 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 22% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 497.80 manat, ümumilikdə isə 28694 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC –nə, xx.xx.2022-ci il tarixinə gecikdirilmiş əsasa borcu 494,71 manat, mükafat borcu 499,03 manat, cərimə borcu 261,74 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-tarixli bildirişdən görünür ki, cavabdehə lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin dərhal ödənilməsini, əks təqdirdə lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini və yaranmış borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-cı il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, minik avtomobilinə ilkin texniki baxış zamanı, avtomobilin təmiri üçün edilən servis xidmət haqqı ilə birlikdə 6775.40 manat dəyərində ziyan dəymişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, LS5A2ASEXMD912613 ban, L3CT513845 mühərrik nömrəli, göy rəngli avtomobil 20600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, cavabdeh isə illik 22% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 497.80 manat, ümumilikdə isə 28694 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 14 iyun 2022-ci il tarixdə 510 manat məbləğində olmuşdur. 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsinin, 4.4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatına uyğun istifadə etməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 6775.40 manat dəyərində ziyan dəymiş və lizinq alan lizinq obyektini təyinatına uyğun istifadə etməmişdir. Bununla da İddiaçı MMC-in lizinq obyektinə dəymiş zərərin və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və bununla da müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun İddiaçı MMC-nə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinəverməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icramümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh lizinq müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməmiş, həmçinin texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməməklə lizinq obyektinə ziyan vurmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 03 avqust 2022-ci il tarixə 494.71 manat gecikdirilmiş əsas,499.03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 261.74 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6775.40 manat məbləğində pulun, ümumilikdə 8030.88 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 100.71 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14 avqust 2021-ci il tarixli ALY-541 saylı “Daxili lizinq” müqaviləsi əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 avqust 2022-ci il tarixə 494.71 manat gecikdirilmiş əsas, 499.03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 261.74 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Changan Alsvin” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6775.40 manat məbləğində pulun, ümumilikdə 8030.88 manat borc və ödənilmiş 100.71 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar