Məhkəmə qərarları › İş №e-2(080)-199/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-199/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-199/2022 01.12.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd GREE kondisioner üçün 997.4 (doqquz yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 99.6 (doxsan doqquz manat altmış qəpik) manat cərimə pulun ümumilikdə, 1097 manat borc və 30.97 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı "ABC Telecom” MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri R. Süleymanlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Cavabdeh 2 ədəd GREE kondisioner almış və nəticədə 1097 (min doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3096 (üç min doxsan altı) manat (18 ay x 172 manat + 0 manat ilkin ödəniş) 2 ədəd GREE kondisioner üçün ümumilikdə 1097 (min doxsan yeddi) olmaqla ondan, 997.4 (doqquz yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 99.6 (doxsan doqquz manat altmış qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 2098.6 manat təşkil edir Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1, "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdeh 2 ədəd GREE kondisioner almış və nəticədə 1097 (min doxsan yeddi) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2098.6 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 "ABC Telecom” MMC tərəfindən 2 ədəd GREE markalı kondisioner satılmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki zamin Cavabdeh1, "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. 14.07. 2019-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 2 ədəd GREE markalı kondisioner üçün alqı-satqı qiyməti ilkin ödəniş daxil olmaqla 3096 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 172 manat müəyyən edilmiş, cavabdeh hər iki kondisioner üçün yaranmış əsas borcdan 2098.6 manat ödəniş etmiş, 997.4 (doqquz yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 99.6 (doxsan doqquz manat altmış qəpik) manat cərimə pulu təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 17 oktyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC Telecom” MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə və xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 "ABC Telecom” MMC ümumilikdə 1097 manat borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 31,37 manat dövlət rüsumu cavabdehlərdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 997.4 (doqquz yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş əsas borc, 99.6 (doxsan doqquz manat altmış qəpik) manat cərimə cərimə pulu ümumilikdə 1097 (min doxsan yeddi) manat borcun və 30,97 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar