Məhkəmə qərarları › İş №e-2(080)-215/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-215/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-215/2025 22.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu iddiaçı "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "ABC TELECOM” MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-atqı qiyməti 714 (yeddi yüz on dörd) manat olan LOGİTECH video oyun avadanlığı üçün ümumilikdə 785.40 (yeddi yüz səksən beş manat,40 qəpik) manat olmaqla ondan, 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, müştəriyə cərimə olaraq 71.40 (yetmiş bir manat, 40 qəpik) manat cərimə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 714 (yeddi yüz on dörd manat) olan, LOGİTECH video oyun avadanlığı üçün ümumilikdə 785.40 ( yeddi yüz səksən beş manat ,qırx qəpik) manat olmaqla ondan, 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71.40 (yetmiş bir manat, 40 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 634.80 (altı yüz otuz dörd dörd manat, 80 qəpik) manat olan PS5 DUALSENSE oyun pultu 4 ədəd üçün ümumilikdə, 639.94 (altı yüz otuz doqquz manat, 94 qəpik) manat olmaqla ondan 581.76 (beş yüz səksən bir manat, 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.18 (əlli səkkiz manat, 18 qəpik) manat cərimə, ümumilikdə 2210.74 manat borc, 42.11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "ABC TELECOM” MMC-nin nümayəndəsi Nümayəndə tələbi onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, LOGİTECH video oyun avadanlığı, LOGİTECH video oyun avadanlığı, PS5 DUALSENSE oyun pultu 4 ədəd almış, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2210.74 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 53.04 manatdır. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh LOGİTECH video oyun avadanlığı xidməti satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh LOGİTECH video oyun avadanlığı satılmışdır. xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh PS5 DUALSENSE oyun pultu 4 ədəd satılmışdır. 05 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 714 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 59.5 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 0 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 785.4 manat, cərimə pulu 71.4 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 714 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 59.5 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 0 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 785.4 manat, cərimə pulu 71.4 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqısatqı qiyməti 634.8 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 52.9 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 53.04 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 639.94 manat, cərimə pulu 58.18 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir İş materiallarına əlavə olunmuş 06 avqust 2025-ci il tarixli 75513775 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 42.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC TELECOM” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə Cavabdeh "ABC TELECOM” MMC-yə ümumilikdə 2210.74 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 42.11 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2210.74 manat borc 42.11 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar