Məhkəmə qərarları › İş №e-2(080)-235/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-235/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-235/2023 02.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ hakimi əvəzi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixli №011210911 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1029,5 manat əsas 308,8 manat cərimə, cəmi 1338,3 manat borc, xx.xx.2022-ci il tarixli №011210913 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1021,9 manat əsas, 306,5 manat cərimə, cəmi 1328,4 manat borc, ümumilikdə iki müqavilə üzrə 2051,4 manat əsas, 615,3 manat cərimə, cəmi 2666,7 manat borcun, 46.67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli №011210911 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı paltaryuyan maşın, Panasonik markalı təmizlik aləti və 3 ədəd aksesuar almış, 12 ay, hər ay 115 manat olmaqla, cəmi 1374.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli №011210911 nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 1029,5 manat əsas borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən, gecikdirilən borc məbləğinin 1 faizi dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 3088 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 10 faizi, yəni 308.80 manat MMC-yə ödənilməlidir. İddiaçı MMC-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli №011210913 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Acer” markalı noutbuk, noutbuk çantası, şarj alıti və panasonik markalı oyun pultu almış, 12 ay, hər ay 114 manat olmaqla, cəmi 1368.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli №011210913 nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 1021.90 manat əsas borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən, gecikdirilən borc məbləğinin 1 faizi dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 3065 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 10 faizi, yəni 306.50 manat MMC-yə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manat dan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manat dan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli, №011210911 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” markalı paltaryuyan, “Panasonik” markalı təmizlik aləti və 3 ədəd aksesuar satılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli №011210913 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Acer” markalı noutbuk, noutbuk çantası, şarj aləti və panasonik markalı oyun pultu satılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli № ********* nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 1374.9 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 115 manat müəyyən edilmişdir. 345.4 manat ödəniş edilmiş, 1029.5 manat əsas borc, 3088 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli № ********* nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 1367.9 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 114 manat müəyyən edilmişdir. 342 manat ödəniş edilmiş, 1021.9 manat əsas borc, 3065 manat cərimə borcu vardır. Cavabdeh İddiaçı MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 46.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli №011210911 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 1338.3 manat, xx.xx.2022-ci il tarixli №011210913 nömrəli alqı-satqı müqaviləsi üzrə 1328.4 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alqı-satqı müqvilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 46.67 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, №011210911 nömrəli müqavilə üzrə 1029,5 manat əsas borc, 308,8 manat cərimə, xx.xx.2022-ci il tarixli №011210913 saylı müqavilə üzrə 1021,9 manat əsas 306,5 manat cərimə, cəmi 2666,7 manat borc və 46.67 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar