Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-239/2024 22.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefonüçün, , 2770.58 (iki min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 673.42 (altı yüz yetmiş üç manat qırx iki qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, Mei kod **********91214 SAMSUNG GALAXY S23+markalı telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE üçün , 2060 (iki min altmış) manat ödənilməmiş hissə, 610 (altı yüz on) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********75561 SAMSUNG GALAXY TAB S6 planşet üçün 534.96 (beş yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 148.04 (yüz qırx səkkiz manat dörd qəpik) manat dəbbə pulu, ümumilikdə 6797 manat borc, 87.97 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3507.58 (üç min beş yüz yeddi manat əlli səkkiz qəpik) manat (18 ay x 187.81 manat + 127 manat ilkin ödəniş) olan SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefüoçnün ümumilikdə, 3444(üç min dörd yüz qırx dörd) manat olmaqla ondan, 2770.58 (iki min yeddi yüz yetmiş manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 673.42 (altı yüz yetmiş üç manat qırx iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il , tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3220 (üç min iki yüz iyirmi) manat (12 ay x 185 manat + 1000 manat ilkin ödəniş) olan Mei kod **********91214 SAMSUNG GALAXY S23+markalı telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE üçün ümumilikdə, 2670 (iki min altı yüz yetmiş) manat olmaqla ondan, 2060 (iki min altmış) manat ödənilməmiş hissə, 610 (altı yüz on) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1244.96 (min iki yüz qırx dörd manat doxsan altı qəpik) manat (12 ay x 99.58 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********75561 SAMSUNG GALAXY TAB S6 planşet üçün ümumilikdə, 683 (altı yüz səksən üç) manat olmaqla ondan, 534.96 (beş yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 148.04 (yüz qırx səkkiz manat dörd qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2607 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC -nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi və ya mümkünsüzlüyü, səbəbin üzrlü olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14063943 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 14064507 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********91214 SAMSUNG GALAXY S23+markalı telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı İMEİ kodu **********91214 SAMSUNG GALAXY S23+markalı telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 03924297 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********75561 SAMSUNG GALAXY TAB S6 planşet Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kodu **********75561 SAMSUNG GALAXY TAB S6 planşet Cavabdeh təhvil verilmiş, Cavabdeh isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehn İddiaçı MMCyə xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqavilə üzrə 2770.58 manat ödənilməmiş məbləğ, 673.42 manat dəbbə pulu olmaqla, cəmi 3444 manat; xx.xx.2023-cü il tarixli 14064507 nömrəli müqavilə üzrə 2060 manat ödənilməmiş hissə, 610 manat dəbbə pulu olmaqla, cəmi 2670 manat; xx.xx.2023-cü il tarixli 03924297 nömrəli üzrə 534.96 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu olmaqla, cəmi 683 manat; ümumilikdə 6797 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 87.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cu il tarixli 14063943 nömrəli, xx.xx.2023-cü il tarixli 14064507 nömrəli və xx.xx.2023-cü il tarixli 03924297 nömrəli müqavilələrə əsasən İddiaçı MMC qeyd SAMSUNG BUDS qulaqlıq, SAMSUNG CHARGER, İmei kod **********53198 SAMSUNG GALAXY S23+ markalı telefon, İMEİ kodu **********91214 SAMSUNG GALAXY S23+markalı telefon, 2 ədəd VİNİL MAT, SAMSUNG CLEAR CASE, İMEİ kodu **********75561 SAMSUNG GALAXY TAB S6 planşet Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə hər bir xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqaviləyə müvafiq olaraq 18 ay, xx.xx.2023-cü il tarixli 14064507 nömrəli və xx.xx.2023-cü il tarixli 03924297 nömrəli müqavilə müvafiq olaraq 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən bu günədək cəmi ödənilən məbləğ 2607 manat təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2023-cu il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktları cavabdehin əldə etdiyi məhsulları tam qüsursuz şəkildə təhvil aldığının sübutudur. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun İddiaçı MMCyə cəmi 6797 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, dəbbə puluna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditorcərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqavilə üzrə 673.42 manat, xx.xx.2023-cü il tarixli 14064507 nömrəli müqavilə üzrə 610 manat və xx.xx.2023-cü il tarixli 03924297 nömrəli müqavilə üzrə 148 manat dəbbənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 85 manat, 81 manat və 24 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh - xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqavilə üzrə 2770.58 manat ödənilməmiş məbləğ, 185 manat dəbbə pulu; - xx.xx.2023-cü il tarixli 14064507 nömrəli müqavilə üzrə 2060 manat ödənilməmiş məbləğ, 181 manat dəbbə pulu, - xx.xx.2023-cü il tarixli 03924297 nömrəli üzrə 534.96 manat ödənilməmiş məbləğ, 44.46 manat dəbbə pulu olmaqla, ümumilikdə 5776 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 87.97 manat dövlət rüsumunun 77.76 manat hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan 10.21 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2023-cu il tarixli 14063943 nömrəli müqavilə üzrə 2770.58 manat ödənilməmiş məbləğ, 185 manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli 14064507 nömrəli müqavilə üzrə 2060 manat ödənilməmiş məbləğ, 181 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 03924297 nömrəli üzrə 534.96 manat ödənilməmiş məbləğ, 44.46 manat dəbbə pulu olmaqla, ümumilikdə 5776 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 87.97 manat dövlət rüsumunun 77.76 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 10.21 manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-239/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-239/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver