Məhkəmə qərarları › İş №e-2(080)-261/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-261/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-261/2024 24.10.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Naxçıvan MR, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 700 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 780 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC- yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, işə sadələşdirilmiş icraat qaydasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023 cü il tarixində MOB03-4798 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 720 manat dəyərində X1 SM-A336GB 128 GB Blue almışdır. Müqavilə ilkin ödənişsiz 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 720 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 60 azn ödəniş etməli idi. Cavabdeh cəmi 20 azn ödəniş etmişir. Qalıq borcu – 700 azn təşkil edir. Qalıq 700 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar 09.03 .2024 -ci il tarixinə qədər yaranan dəbbə borcu isə 50 azn təşkil edir. MOB03-4798№ alqı-satqı müqavilə üzrə 700 azn əsas borc,50 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 780 (yeddi yüz səksən azn ) azn ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. TAB MMC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq, borclunun heç bir ödəniş etmədiyini, sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 14 iyun 2021-ci il tarixdə pretenziya məktubunun göndərildiyini və ödəmə üçün 3 günlük müddət təyin edildiyini, lakin borclunun yenə də ödəniş etmədiyini, Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələrək müqavilənin icra olunmaması və ya lazımınca icra olunmaması hallarında müqavilənin icrasını öz üzərinə götürdüyünü və öhdəlik münasibətinin əmələ gəldiyini, hazırki işlə əlaqədar cavabdehin əşyanı müqavilə bağladığı gün təhvil aldığını, satıcı müəyyənləşdirilmiş müddətdə əşyanı təhvil versə də, alıcının əşyanın dəyərini ödəmədiyini, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 700 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 780 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini, işə sadələşdirilmiş icraat qaydasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023 cü il tarixində MOB03-4798 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən satıcı alıcıya malı (“Samsung SM-A336GB 128 GB Blue telefon”) satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini satıcıya ödəyir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh 01 iyun 2023 - 01 may 2024-cü il tarixləri aralığında hər ay 60 AZN məbləği İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 03 may 2024-cü il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 09 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə 700 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 750 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 10 sentyabr 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 10 sentyabr 2024-cü il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh müəyyən edilmiş müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 700 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə, cəmi 780 manat məbləğində pul alınaraq İddiaçı (Texnoplus mağazası) xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023 cü il tarixli MOB03-4798 nömrəli Alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya malı (“Samsung SM-A336GB 128 GB Blue telefon”) satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini satıcıya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə, cəmi 780 (yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar