Məhkəmə qərarları › İş №e-2(080)-46/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-46/2025

07.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-46/2025 07.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Ordubad Rayon Notariat X3rşı mirasın qəbul edilmə nüddətinin uzadılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Ordubad Rayon Notariat X3rşı 22 aprel 2002-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış Naxçıvan MR, Ordubad rayon, Üstüpü kəndində 0.151 ha torpaq sahəsi, üzərində yerləşən 92.79 kv.m fərdi yaşayış evinə, JN-109B, Kod 10712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ordubad rayon Üstüpü kəndində yerləşən ümumi sahəsi 0.02 ha (191.2 kv.m) olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X5 xx.xx.2002-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 131 № ilə qeydiyyat aparılmışdır. Anasından Naxçıvan MR, Ordubad rayon, Üstüpü kəndində 0.151 ha torpaq sahəsi, üzərində yerləşən 92.79 kv.m fərdi yaşayış evinə, JN-109B,Kod 10712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ordubad rayon Üstüpü kəndində yerləşən ümumi sahəsi 0.02 ha(191.2 kv.m) olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh 08 oktyabr 2024-cü il tarixli, 108 №-li məktubla bildirmişdir ki, miras qanunla müəyyən edilmiş müddətdə qəbul edilməmiş, buna dair sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 22 aprel 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Naxçıvan MR, Ordubad rayon, Üstüpü kəndində 0.151 ha torpaq sahəsi, üzərində yerləşən 92.79 kv.m fərdi yaşayış evinə, JN-109B, Kod 10712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ordubad rayon Üstüpü kəndində yerləşən ümumi sahəsi 0.02 ha (191.2 kv.m) olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərini, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, üzrlü səbəbdən 7 aprel 2025-ci il tarixə, saat 16:00-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etdiyini bildirmişdir. Bunu nəzərə alan məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Ordubad Rayon Notariat X11 Nəcəfova məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ifadəsində mərhum atası 1994-cü il tarixdə, mərhum anası isə X5 xx.xx.2002-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 131 № ilə qeydiyyat aparılmışdır. Valideynlərindən Ordubad rayon Üstüpü kəndində yerləşən yaşayış evi və torpaq sahəsi miras olaraq qalmışdır. Valideynlərinin vəfatından sonra o həmin mirası qəbul etməklə idarə etmişdir. Həmin miras evdə o yaşamış, mirası faktiki olaraq qəbul edərək idarə etmişdir. 2007-ci ilə qədər daimi olaraq həmin evdə yaşamışa, hal-hazırda Bakı şəhərində yaşayır, amma ildə ən azı iki dəfə evə gəlir və evdə təmir işləri, abadlıq işləri görür. Özü daimi burda olmasa da belə evə və həyətə daim nəzarət edir. Əhəmiyyət kəsb etmədiyi üçün vaxtında sənədləşdirmə işləri aparılmamış, daha sonra sənədləşdirmə yadından çıxmışdır.Bu səbəbdən də miras qanunla müəyyən edilmiş müddətdə qəbul edilməmişdir. Müddətin bərpası üçün məhkəməyə müraciət edir və ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid3 izahat verərək bildirdi ki, o Üstüpü kəndində yaşayır, hal-hazırda işləmir, amma üzün illər icra nümayəndəliyində işləmişdir.Nizaməddin həmkəndlisidir. Nizaməddinlə 1-2 yaş fərqlərinin olduğunu, hələ valideynlərinin sağlığından Nizaməddin valideynlərinin yanımda yaşadığını, onlara qulluq etdiyini, Nizaməddin 2007-ci ildən kəndən çıxdığını, amma buna baxmayaraq hər il dəfələrlə kəndə gəlir və evdə təmir işləri, bağda isə abadlıq işləri görür. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid4 izahat verərək bildirdi ki, o Üstüpü kəndində yaşayır, ustalıq edir. Nizaməddin həmkəndlisidir, Nizaməddinlə eyni yaşdadır, uşaqlıqdan Nizaməddingilə gedib gəlişi olub.Nizaməddin valideynlərinin yanında yaşamış, onlara qulluq etmişdir. Valideynlərinin sağlığında digər bacı-qardaşları ayrılıb getmişdir, evdə Nizaməddin və valideynləri yaşamışdır. Nizaməddin usta kimi dəfələrlə evdə işlətmiş, onun və fəhlələrin pulunu şəxsən özü vermiş, evin bütün işləri ilə özü məşğul olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid5 izahat verərək bildirdi ki, o Üstüpü kəndində yaşayır, Nizaməddin ilə eyni məhəllədə böyümüşdür. Nizaməddin həm onun qaynı, həm də yaxın qonşusudur. Təxminən 20-25 il bundan əvvəl valideynləri rəhmətə getmişdir. Nizaməddin 2007-ci ilə qədər daimi olaraq həmin evdə yaşamışdır. Hal-hazırda Bakı şəhərində yaşayır, amma ildə dəfələrlə evə gəlir və evdə təmir işləri, bağda isə abadlıq işləri görür. Özü daimi burda olmasa belə evə və həyətə daim nəzarət edir və iş görmək üçün adam tutur. Həmçinin Nizaməddinin kənd ərazisində həyətyanı sahəsindən əlavə, evdən aralı torpaq sahəsi də vardır, həmin torpaq sahəsində də mütəmadi olaraq abadlıq işləri gördürür. Məhkəmə iclasında iddiaçı tərəfdən çıxış edən Şahid6 izahat verərək bildirdi ki, o Çənnəb kəndində yaşayır, Nizaməddin onun dayısıdır. Təxminən 20-25 il bundan əvvəl nənəsi və babası rəhmətə getmişdir. Dayısı həmin evdə yaşamış, valideynlərinin vəfatından sonra həmin mirası qəbul etməklə idarə etmişdir. Özü daimi burda olmasa belə evə və həyətə daim nəzarət edir və iş görmək üçün adam tutur. Həmçinin Nizaməddinin kənd ərazisində həyətyanı sahəsindən əlavə, evdən aralı torpaq sahəsi də vardır, həmin torpaq sahəsində də mütəmadi olaraq abadlıq işləri gördürür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətinə Ordubad rayonu, Üstüpü kəndi ərazisindən ümumi sahəsi 92.79 kvadrat-metr daşınmaz əmlak, 0,151 hektar torpaq sahəsi mülkiyyətindədir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş 2006-cı il tarixli, JN-109B, KOD 10712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X4 mülkiyyətinə Ordubad rayonu, Üstüpü kəndi ərazisindən 0,02 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ordubad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Şəhadətnaməyə əsasən X5 xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarında olan Ordubad rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli 108 saylı məktubdan görünür ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti ötürüldüyü üçün Ordubad rayon Məhkəməsinə müraciət edilməlidir. İş materiallarında olan Üstüpü İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 164 saylı arayışdan görünür ki, X1 rayonu, Üstüpü kəndi qeydiyyatda olub, həmin kənddə yaşayıb, 2002-ci ildə vafat edib. İş materiallarında olan Üstüpü İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 169 saylı arayışdan görünür ki, İddiaçı Ordubad rayonu, Üstüpü kəndi qeydiyyatdadır. İş materiallarında olan X13 İdarəsi, Ordubad Rayon Elektirik Şəbəkəsi, Ordubad rayonu, Üstüpü kənd Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş arayışlarda komunal borcların ödənildiyi və heç bir borc olmaması göstərilmişdir. İş materiallarında olan Üstüpü İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 161 saylı arayışdan görünür ki, İddiaçı Ordubad rayonu, Üstüpü kəndi qeydiyyatdadır, 2008-ci ilə qədər Üstüpü kəndində yaşayıb, mərhum anası X4 evinin və təsərrüfatının idarə olunması ona aid olub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şərhsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş çıxarışlarda adı qeyd olunan mülkiyyətçi İddiaçı mirasın qəbul edilmə müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı vərəsəlik şəhadətnaməsi ala bilməmiş, miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Vərəsəliyin qəbul edilməsi üçün Ordubad rayon Notariat Ofisinə müraciət etmiş, Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsə də, yəni, 3 aylıq müddət məsələsi aradan qaldırılsa da, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 maddələri qüvvədən düşdüyündən və iddiaçının üzürlü səbəblərinin olmasını nəzərə alıb, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X2 qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilməlidir . Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. 22 aprel 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Naxçıvan MR, Ordubad rayon, Üstüpü kəndində 0.151 ha torpaq sahəsi üzərində yerləşən 92.79 kv.m fərdi yaşayış evinin və JN-109B, Kod 10712018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ordubad rayon Üstüpü kəndində yerləşən ümumi sahəsi 0.02 ha (191.2 kv.m) olan torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilsin. Qətnamənin icrası Ordubad rayon Notariat Ofisinə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar