Məhkəmə qərarları › İş №e-2(080)-60/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-60/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-60/2022 18.05.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.08.2021-ci il tarixli C9790195/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən 9543 manat əsas borc və cərimə borcu 4103 manat olmaqla cəmi 13646 (on üç min altı yüz qırx altı) manat borcun, habelə ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2021-ci il tarixli C9790195/21 nömrəli Nisyə satış müqaviləsinə əsasən Alıcıya ümumi 11400 (on bir min dörd yüz) manat dəyərində, 1000 (bir min) manat ilkin ödəniş aparılmaqla, 1 ədəd dəyəri 5700 manat təşkil edən Generay markalı Port X4 modelli Portativ Rentgen və 1 ədəd, dəyəri 5700 manat təşkil edən DTE markalı Fİ-P modelli Opturasyon sistem avadanlığını 12 (on iki) ay müddətinə nisyə satılmışdır. Nisyə satış müqаviləsinin şərtlərini cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа aylıq 866.67 (səkkiz yüz altmış altı, 67 qəpik) manat məbləğində icrа еtməyərək nəticədə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bundan başqa, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2021-ci il tarixli Zaminlik razılaşmasına əsasən, Cavabdeh1 14.08.2021-ci il tarixli C9790195/21 saylı Nisyə satış müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat vermiş və öhdəlik icra edilmədiyi halda öhdəliyi icra edəcəyini üzərinə götürmüşdür Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmin Müqaviləyə əsasən, “Alıcı” malın razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Cavabdeh1 14.08.2021-ci il tarixli C9790195/21 saylı Nisyə satış müqaviləsi üzrə ödənilməyən 9543 manat əsas borcun 14.09.2021-ci il tarixdən etibarən hesablanmış cərimə borcu 4103.49 (dörd min bir yüz üç, 49 qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh1 14.08.2021-ci il tarixli C9790195/21 saylı Nisyə satış müqaviləsi üzrə borcu 9543 manat əsas borc və cərimə borcu 4103 manat olmaqla cəmi 13646 (on üç min altı yüz qırx altı) manat təşkil etdiyini bildirmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 385.1-ci mаddəsinə görə “Öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə Cavabdeh1 və Cavabdeh2 14.08.2021-ci il tarixli C9790195/21 saylı Nisyə satış müqaviləsi üzrə 9543 manat əsas borc və cərimə borcu 4103 manat olmaqla cəmi 13646 (on üç min altı yüz qırx altı) manat borcun, habelə ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarasınız. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə müraciət olunmasına baxmayaraq, o, borcun ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna məlumat verilmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 14 avqust 2021-ci il tarixli, C9790195/21 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh1 müqavilə bağlanmış, Cavabdeh1 12 ay müddətinə 11400 manat məbləğində ilkin 1000 manat ödəmək şərti ilə nisyə mal verilmişdir. 14 avqust 2021-ci il tarixli nisyə satış müqaviləsinin ödəniş cədvəlindən görünür ki cavabdeh 14 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay 866.67 manat iddiaçıya nisyə götürdüyü mala görə ödəniş etməli idi. 14 avqust 2021-ci il tarixli zaminlik razılaşmasında Cavabdeh2 tərəfindən İddiaçı və Cavabdeh1 arasında bağlanmış C9790195/21 saylı Nisyə satış müqaviləsi üzrə cavabdeh tərəfindən məhsulun dəyərinin ödənişi gecikdirildikdə və yaxud ödənilmədikdə bütün məsuliyyəti öz üzərinə götürdüyü barədə zaminlik razılaşması bağlamışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən müqaviləyə əlavə olunmuş iki nömrəli ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1%-i satıcının xeyirinə cərimə hesablanması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 14 avqust 2021-ci il tarixli, C9790195/21 nömrəli nisyə satış müqaviləsi və 14 avqust 2021-ci il tarixli zaminlik müqaviləsi imzalamaqla hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh və zamin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 4103 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə cərimə pulu qismində 410 manat pul tutulmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, 14 avqust 2021-ci il tarixli, C9790195/21 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh 14 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay 866.67 manat iddiaçıya nisyə götürdüyü mala görə ödəniş etməli və 14 avqust 2021-ci il tarixli zaminlik razılaşmasında Cavabdeh2 cavabdeh öz öhdəliklərini icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürdüyü barədə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 nisyə satış müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq cərimənin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Məhkəmə iddiaçının 4103 manat cərimə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalı, 410 manat məbləğində cərimə cavabdehdən alınıb, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.08.2021-ci il tarixli C9790195/21 nömrəli Nisyə satış müqaviləsi üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsas borca münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 14 avqust 2021-ci il tarixli, C9790195/21 nömrəli nisyə satış müqaviləsinə üzrə 9543 manat əsas, cərimə borcu üzrə 410 manat, ümumulikdə 9953 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikası MPM-in 114.1.1-ci maddəsinə əsasən tələb edilən miqdardan artıq ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 131 manat dövlət rüsumunun 120 manatı cavabdehlərdən tutulmalı, 13 manat artıq ödənilmiş dövlət rüsumu isə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 14.08.2021-ci il tarixli C9790195/21 saylı nisyə satış müqaviləsi üzrə 9543 manat əsas, cərimə borcu üzrə 410 manat, ümumulikdə 9953 manat məbləğində pul və 120 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən 131 manat məbləğin ödənilmiş (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) dövlət rüsumun artıq ödənilmiş hissəsi, 13 manat İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar