Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-64/2025 06.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ X2 Ziyat oğlunun sədrliyi ilə, İddiaçı «A-QROUP SİĞORTA ŞİRKƏTİ ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında ödənilməsi barədə” mülki işə Ordubad Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı «A-QROUP SİĞORTA ŞİRKƏTİ ASC-i kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 manat məbləğində verilmiş sığorta ödənişinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.4 manat xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi, İcbari sığortalar haqqında qanunun 14-cü və 63.1-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, “Toyota Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «A-QROUP SİĞORTA ŞİRKƏTİ ASC-İ tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. “Toyota Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220” markalı ** GJ *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İddia ərizəsinə əlavə edilmiş TP5229150 nömrəli inzibati tənbeh vermə haqqında Qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir.. Mercedes Benz E220 markalı ** GJ *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı «A- QROUP SİĞORTA ŞİRKƏTİ ASC-nə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün Mercedes Benz E220 markalı ** GJ *** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilməsinə dair hesabat”a əsasən 260 manat məbləğində zərər müəyyən edilmişdir. «A-QROUP SİĞORTA ŞİRKƏTİ ASC-nin “Sığorta aktı”na əsasən 260 manat məbləğində sığorta ödənişi zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. Subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqiiyyat vasitəiərinin sahiblərinin müiki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Habelə, Mülki Məcəllənin 1108-ci maddəsinin 1-ci bəndinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh yol- nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olduğu və hadisə baş verdiyi zaman hadisə yerindən yayındığı üçün iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, 260 manat vurulmuş ziyan, 0.40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsümu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat sığorta ödənişinin, 0.40 manat xidmət haqqının və 30 (otuz ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «A-QROUP SİĞORTA ŞİRKƏTİ ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-64/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-64/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver