Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-72/2025 05.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6091.40 manat məbləğində sğorta ödənişi, 80.92 manat dövlət rüsumunun əvəzi, 04 manat xidmət haqqının, cəmi 6172.72 manat pulun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatda cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, X3 Prospekti, ev 146, mənzil 34 ünvanı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Ordubad Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Nərimanov Rayon Məhkəməsinə aid olduğundan, iddia tələbi ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia tələbi üzrə ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə iddia tələbi üzrə məhkəməyə müraciət edə bilər. Qərardad iş üzrə ödənilmiş 80.92 manat məbləğində dövlət rüsumunun (ödənişin təyinatı: Ordubad Rayon Məhkəməsi, Büdcə təsnifat kodu 142211, Büdcə səviyyə kodu 2, ödəyicinin adı: "xxxx" ASC, qəbz nömrəsi: **********39) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-72/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-72/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver