Məhkəmə qərarları › İş №e-2(080)-92/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-92/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-92/2022 17.06.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ X3 Haqverdiyevin sədrliyi ilə İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə xx.xx.2019 -ci il tarixli, 19774 saylı müqavilə üzrə 528 AZN əsas borc, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21048 saylı, müqavilə üzrə 119 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21399 saylı müqavilə üzrə 79 AZN əsas, xx.xx.2020-ci il tarixli, 22614 saylı müqavilə üzrə 190 AZN əsas və 20 AZN cərimə, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqavilə üzrə 598.80 AZN əsas, 60 AZN məbləğində borc, ümumilikdə 1865.80 AZN və ödənilmiş 40 manat dövlət rüsumunun, ümumilikdə 1905.80 AZN məbləğində pulun Cavabdeh alınaraq İddiaçı (“ERA Electronics”) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı (“ERA Electronics”) kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2019 -ci il tarixli, 19774 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 3115 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 137 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 19 ay müddətində ödəməyi, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 999 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 44 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 19 ay müddətində ödəməyi, xx.xx.2020-ci il tarixli, 21048 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 729 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 61 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi, xx.xx.2020-ci il tarixli, 21399 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 499 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 42 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi, xx.xx.2020-ci il tarixli, 22614 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 549 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 37 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 718 AZN məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 60 AZN məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2019 -ci il tarixli, 19774 saylı, xx.xx.2019-cu il tarixli, 20266 saylı, xx.xx.2020-ci il tarixli, 21048 saylı, xx.xx.2020-ci il tarixli, 21399 saylı, xx.xx.2020-ci il tarixli, 22614 saylı, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu bir ildən çox müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2021-cu il tarixdə 564 AZN məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 528 AZN əsas, 271 AZN əsas, 119 AZN əsas, 79 AZN əsas, 190 AZN əsas, 20 AZN cərimə borcu, 598.80 AZN əsas, 60 AZN cərimə olmaqla, ümumilikdə 1865.80 AZN təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019 -ci il tarixli, 19774 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən, Tozsoran, LG-OK55 SN və Aspirator almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 3115 AZN olmaqla ondan, 528 manat əsas borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 20266 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən, LG 43UM7300 TV almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 728 AZN olmaqla ondan, 271 manat əsas borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21048 saylı, nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən, SAMSUNG SM-A515 64GB WHİTE İMEİ kodu **********42794/**********42729 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 729 manat olmaqla ondan, 119 manat əsas borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 21399 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən,İmei kodu **********15449 XİAOMİ REDMİ 864GB/**********154494 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 499 AZN olmaqla ondan, 79 manat əsas borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 22614 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən, İmei kodu **********02246-**********02253 XİAOMİ REDMİ NOTE 8 128 GB markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 549 AZN olmaqla ondan, 190 manat əsas borc, 20 AZN cərimə borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 24876 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Əbilov X2 Fazil Əli oğlundan (“ERA Electronics”)-dən, İmei kodu BLAK/**********19913-**********19915 Samsung A41 64GB markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 718.80 AZN olmaqla ondan, 598 manat əsas borc, 60 AZN cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı (“ERA Electronics”) tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində xx.xx.2019 -ci il tarixli, 19774 saylı, xx.xx.2019-cu il tarixli, 20266 saylı, xx.xx.2020-ci il tarixli, 21048 saylı, xx.xx.2020-ci il tarixli, 21399 saylı, xx.xx.2020-ci il tarixli, 22614, xx.xx.2020-ci il tarixli, 24876 saylı kredit müqavilələri üzrə ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan İddiaçı (“ERA Electronics”) tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019 -ci il tarixli, 19774 saylı müqavilə üzrə 528 AZN əsas borc, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21048 saylı, müqavilə üzrə 119 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21399 saylı müqavilə üzrə 79 AZN əsas, xx.xx.2020-ci il tarixli, 22614 saylı müqavilə üzrə 190 AZN əsas və 20 AZN cərimə, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqavilə üzrə 598.80 AZN əsas, 60 AZN cərimə borcu vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2019 -ci il tarixli, 19774 saylı müqavilə üzrə 528 AZN əsas borc, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21048 saylı, müqavilə üzrə 119 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21399 saylı müqavilə üzrə 79 AZN əsas, xx.xx.2020-ci il tarixli, 22614 saylı müqavilə üzrə 190 AZN əsas və 20 AZN cərimə, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqavilə üzrə 598.80 AZN əsas, 60 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019 -ci il tarixli, 19774 saylı müqavilə üzrə 528 AZN əsas borc, xx.xx.2019-cu il tarixli, 20266 saylı müqavilə üzrə 271 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21048 saylı, müqavilə üzrə 119 AZN əsas, xx.xx.2020-ci il tarixli, 21399 saylı müqavilə üzrə 79 AZN əsas, xx.xx.2020-ci il tarixli, 22614 saylı müqavilə üzrə 190 AZN əsas və 20 AZN cərimə, xx.xx.2020-ci il tarixli, 24876 saylı müqavilə üzrə 598.80 AZN əsas, 60 AZN məbləğində borc, ümumilikdə 1865.80 AZN və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X1 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar