Məhkəmə qərarları › İş №e-2(088)-111/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-111/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-111/2023 26.10.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli nisiyə alğı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 3100 manat, cərimə borcu üzrə 200 manat olmaqla cəmi 3300 manat ödənilməmiş borcun və ödənilmiş 53 manat dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh ümumilikdə 3353 manat pulun alınaraq İddiaçı xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında radiatorların alqı-satqısına dair 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı həmin malları Cavabdeh nisiyə satmağı, cavabdehin isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun malların dəyərini ödəməsini öhdəsinə götürmüş, nisiyə alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən ödəniş cədvəlindəki geçikmələrə görə borclu hər gecikdirilmiş gün üçün aylıq ödənişin 3%-i həcmində cərimə ödəyir, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuş, müqavilə üzrə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınmış, hazırda cavabdehin əsas borcu üzrə 3100 manat, cərimə borcu üzrə 200 manat olmaqla 3300 manat pul borcunu, həmçinin 53 manat dövlət rüsumunun da cavabdehdən alınıb qaytarılmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin sürətindən müəyyən olunur ki, İddiaçı borcu tələb etmək hüququ vardır. Məhkəmə 20 sentyabr 2023-cü il tarixdə Cavabdeh iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 27 sentyabr 2023-cü il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsinə əsasən 4451 manat məbləğində radiator üçün 1031 manat ilkin ödəniş etməklə 12 ay müddətinə aylıq 285 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsi üzrə radiator üçün əsas borcundan bu günədək 320 manat ödəniş etmişdir. İş materialına əlavə edilmiş nisiyə alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq Məhkəmələrində həll edilir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsi əsasən radiator üçün 3100 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 3300 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İş materiallarına əlavə olunmuş tərəflər arasında 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən ödəniş cədvəlindəki geçikmələrə görə borclu hər gecikdirilmiş gün üçün aylıq ödənişin 3%-i həcmində cərimə ödəməlidir. Sübutlar olaraq ərizəyə əlavə olunmuş, tərəflər arasında 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsi, həmin müqaviləyə 2 nömrəli əlavə olan təhviltəslim qəbzi və xx.xx.2023-cü il tarixli arayış göstərilənləri bir daha təsdiq edir. Əlavə olaraq 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan təhvil-təslim qəbzinən görünür ki, Cavabdeh radiatoru qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 25 yanvar 2021-ci il tarixli 379715 nömrəli nisiyə alqı-satqı müqaviləsi üzrə radiator üçün 3100 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 3300 manat pul və 53 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 3353 (üç min üç yüz əlli üç) manat pul Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar