Məhkəmə qərarları › İş №e-2(088)-150/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-150/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-150/2024 29.11.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC-nin, etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 740 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 770 manat pulun alınaraq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Mercedes Benz C180 markalı **- CU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ilədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmış, siğortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi bağlanmışdır. 2022-ci il aprel ayının 30-da Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmış, baş vemiş yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri nəticəsində baş vermis və nəticədə Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə 740 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 770 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 28 oktyabr 2024-cü il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 31 oktyabr 2024-cü il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PXA********** nömrəli icbari siğorta müqaviləsinə əsasən Mercedes Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı ASCdə AVSMMİS növündə siğortalanmışdır. Cavabdeh etibarnamə ilə idarə etdiyi Mercedes Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil ilə Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, xx.xx.2022-ci il tarixli 1674 nömrəli qiymətləndirmə aktına əsasən Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 740 manat məbləğində dəyərləndirilmiş, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən dəymiş zərər tam olaraq 419841******2506 nömrəli kart hesabına köçürülmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mercedes Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən hadisə nəticəsində Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 740 manat zərər İddiaçı ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci, 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Nizami rayon DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Nəbili X3 Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə etmiş və X1 idarə etdiyi Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Ərizəyə əlavə olunmuş xx.xx.2021-ci il tarixli PXA********** nömrəli icbari siğorta müqaviləsi, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış, Nizami rayon DYPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh qərarı, Nizami rayon DYPŞ tərəfindən verilmiş arayış, xx.xx.2022-ci il tarixli təhvil təslim aktı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixində etibarnamə ilə idarə etdiyi Mercedes Benz C180 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən hadisə nəticəsində Mercedes Benz C320 markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 740 manat manatını zərər məbləği olaraq ödəmişdir. Avtomobilin təmiri üçün zərər məbləği İddiaçı ASC tərəfindən ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan Cavabdeh olduğundan həmin məbləği ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 740 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 770 (yeddi yüz yetmiş) manat alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar