Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-175/2024 12.12.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Sədərək Rayon Məhkəməsinə elektron iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kodu **********69468 Xiaomi Redmi 12 markalı telefon, Vinil Mat və Vinil Şəffaf üçün 309 manat ödənilməmiş hissə, 30.48 manat cərimə borcu olmaqla cəmi 340 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə yazılı icraat qaydasında baxılarkən, işə əlavə olunmuş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərək borclu müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi üçün işin baxılmamış saxlanaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə qiymət verərək belə hesab olunur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin X2-Epul vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nin X2-Epul vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-175/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-175/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver