Məhkəmə qərarları › İş №e-2(088)-30/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-30/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-30/2025 22.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu İddiaçı "xxxx" MMC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə Sədərək rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün 323.20 manat ödənilməmiş hissə və 96.96 manat cərimə borcu olmaqla cəmi 420.16 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh ümumilikdə 450.16 manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 844.92 manat (yəni 18 ay x 46.94 manat + 0 manat ilkin ödəniş) olan Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon almışdır lakin, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə əsas borcundan 521.72 manat ödəniş etmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında və tam olaraq yerinə yetirməmiş, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürdüyünü, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün 323.20 manat ödənilməmiş hissə və 96.96 manat cərimə borcu olmaqla cəmi 420.16 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 450.16 manat pul Cavabdeh alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, "xxxx" MMC borcu tələb etmək hüququ vardır. Məhkəmə 16 dekabr 2024-cü il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə elektron kabinetinə bildiriş yerləşdirilmişdir. Cavabdeh bildirişi 22 dekabr 2024-cü il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün ilkin ödəniş etməməklə 18 ay müddətinə aylıq 46.94 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün əsas borcundan bu günədək 521.72 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli müqavilə üzrə 323.20 manat ödənilməmiş hissə və 96.96 manat cərimə borcu olmaqla cəmi 420.16 məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəli və 17 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəli göstərilənləri bir daha təsdiq edir. Əlavə olaraq xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından da məlum olur ki, cavabdeh Elyasov X1 Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefonu tam və qüsursuz qəbul etmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı cavabdehə qarşı iddia tələbində xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün 323.20 manat ödənilməmiş hissə və 96.96 manat cərimə borcu olmaqla cəmi 420.16 manat tələb etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli nömrəli müqavilə üzrə 96.96 manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 96.96 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 32.32 (otuz iki manat, otuz iki qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün 323.20 manat ödənilməmiş hissə və 32.32 manat cərimə borcu olmaqla cəmi 355.52 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" MMC-nin tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25.38 (iyirmi beş manat, otuz səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360, 222 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Charger, İmei kodu **********14479 olan Samsung Galaxy A24 markalı telefon üçün 323.20 manat ödənilməmiş hissə və 32.32 manat cərimə borcu olmaqla cəmi 355.52 (üç yüz əlli beş manat, əlli iki qəpik) manat pul Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25.38 (iyirmi beş manat, otuz səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar