Məhkəmə qərarları › İş №e-2(088)-35/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-35/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-35/2022 05.04.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı "xxxx" MMC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Baş Direktoru X2 elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********27973 olan Samsung Galaxy A10 markalı telefon üçün 110.60 manat əsas borcu və 11.40 manat cərimə borcu olmaqla cəmi 122 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 152 manat pulun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 315 manat olan Samsung Galaxy A10 markalı telefon götürmüşdür lakin, cavabdeh bu günə qədər 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borcundan 204.40 manat ödəniş edərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında və tam olaraq yerinə yetirməmiş və 03.07.2019cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı qiyməti 315 manat (9 ay x 35 manat+ 0 manat ilkin ödəniş) olan Samsung Galaxy A10 markalı telefon üçün 110.60 manat əsas borcu və 11.40 manat cərimə borcu olmaqla cəmi 122 manat pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 152 manat pul Cavabdeh alınıb "xxxx" MMC-nin, xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş 03.11.2021-ci il tarixli İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından müəyyən olunur ki, "xxxx" MMC borcu tələb etmək hüququ vardır. Məhkəmə 01 mart 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 10 mart 2022-ci il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsinə əsasən Samsung Galaxy A10 markalı telefon üçün ilkin ödəniş etməməklə 9 ay müddətinə aylıq 35 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A10 markalı telefon üçün əsas borcundan bu günədək 204.40 manat ödəniş etmişdir. İddiaçı "xxxx" MMC –nin 03.07.2019-cu il tarixli təhvil-təslim aktından da görünür ki, cavabdeh Samsung Galaxy A10 markalı telefonu qəbul etmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsinə əsasən 110.60 manat əsas borcu və 11.40 manat cərimə borcu olmaqla cəmi 122 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ərizəyə əlavə olunmuş tərəflər arasında 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi həmin müqaviləyə əlavə olaraq 03.07.2019-cu il tarixli ödəniş cədvəli və 15.02.2022-ci il tarixli maliyyə və ödəniş cədvəli göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 03.05.2021-ci il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 03.07.2019-cu il tarixli 00758343 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********27973 olan Samsung Galaxy A10 markalı telefon üçün 110.60 manat əsas borcu və 11.40 manat cərimə borcu olmaqla cəmi 122 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 152 (bir yüz əlli iki) manat pul Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar