Məhkəmə qərarları › İş №e-2(088)-68/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-68/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-68/2025 11.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC elektron qaydada iddia ərizə ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən 300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla ümumillikdə 330 (üç yüz otuz) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC arasında PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 300 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, G-01-M-0448-2024 nömrəli məktubla Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmiş, ona görə də subroqasiya hüququnun olduğunun nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq cavabdehlər "xxxx" MMC və Cavabdeh1 300 manat məbləğində pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 330 manat pul cavabdehlər "xxxx" MMC və Cavabdeh1 alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin borcu tələb etmək hüququ vardır. Məhkəmə 11 mart 2025-ci il tarixdə cavabdehlərə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdehlər bildirişi 14 mart 2025-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli PQA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS090” markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-də siğortalanmışdır. Həmin nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə edilən “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymiş, xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən dəymiş zərər 300 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində idarə etdiyi **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS090” markalı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 300 manat zərər nəqliyyat vasitəsinin sahibi X1 bank hesabına İddiaçı ASC tərəfindən köçürülmüşdür. İddia ərizəsinə əlavə olunmuş həmin hadisə ilə bağlı Abşeron rayon DYP tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli PQA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi, xx.xx.2024-ci il tarixi ödəniş tapşırığı, Abşeron rayon DYP tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh qərarı, Abşeron rayon DYP tərəfindən verilmiş arayış göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, İddiaçı ASC-nin siğorta aktından aydın olur ki, 300 manat zərər məbləği avtomobilin təmiri üçün X1 bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-ə və xx.xx.2024-cü il tarixli Cavabdeh1 göndərilmiş xəbərdarlıq, borcluların vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh1 xx.xx.2024-cü il tarixində idarə etdiyi “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 300 manat zərər məbləği olaraq ödəmişdir. Ödənilmiş siğorta məbləği subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyan olaraq qalıq qalmışdır. Avtomobilin təmiri üçün zərər məbləği İddiaçı ASC tərəfindən fiziki şəxs X1 hesabına ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan "xxxx" MMC və Cavabdeh1 cavabdeh olduqlarından həmin məbləği müştərək qaydada ödəməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" MMC və Cavabdeh1 subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 300 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 330 (üç yüz otuz) manat müştərək qaydada alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar