Məhkəmə qərarları › İş №e-2(088)-73/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-73/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-73/2022 29.07.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsinə əsasən 1759 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 1959 manat pul borcu yaranmışdır. Ona görə də 40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh cəmi 1999 manat pulun alınaraq İddiaçı xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (“ERA Electronics”) mağazası arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21467nömrəli alqı-satqı və öhdəlik müqaviləsinə əsasən cavabdeh “ERA Electronics” mağazasından kreditlə 1959 manat məbləğində məişət əşyaları və texniki avadanlıqlarını kreditlə 15 ay müddətinə hər ay 131 manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayımış və beləliklə İddiaçı (“ERA Electronics”) mağazası arasında bağlanmış müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdalıq edilməsinə baxmayaraq o “ERA Electronics” mağazasına olan borcunu 1 ilə yaxın müddətdir ki ödəməmişdir, borclu sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş etsə də o vaxtdan bü günədək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsi üzrə 1759 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 1959 manat pul borcu yaranmışdır. Ona görə də 40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 1999 manat pul Cavabdeh alınıb İddiaçı, xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2018-ci il tarixli Patent və X1 tərəfindən verilmiş əmtəə nişanı şəhaətnaməsindən müəyyən olunur ki, İddiaçı borcu tələb etmək hüququ vardır. Məhkəmə 08 iyul 2022-ci il tarixdə Cavabdeh iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Lakin, cavabdeh bildirişi 14 iyul 2022-ci il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqısatqı və öhdəlik müqaviləsinə əsasən 1959 manat məbləğində məişət əşyaları və texniki avadanlıqlar üçün 15 ay müddətinə aylıq 131 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsi üzrə məişət əşyaları və texniki avadanlıqları üçün əsas borcundan bu günədək 200 manat ödəniş etmişdir. Alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən Satıcı müqavilə əsasında məişət əşyaları və texniki avadanlıqlarını alıcıya satır və alıcı öz növbəsində alınan malın dəyərini razılaşdırılmış şərtlər ilə razılaşdırılmış müddətdə satıcıya ödəməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsinə əsasən məişət əşyaları və texniki avadanlıqlar üçün 1759 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 1959 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İşə materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsinin 3.4 bəndinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1%-i dəyərində əlavə cərimə hesablana bilər. Sübutlar olaraq ərizəyə əlavə olunmuş, tərəflər arasında xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsi, həmin müqaviləyə əlavə olaraq xx.xx.2020-ci il tarixli ödəniş cədvəli və xx.xx.2022-ci il tarixli maliyyə arayışları göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 21467 nömrəli alqı-satqı və öhdəlik müqaviləsi üzrə məişət əşyaları və texniki avadanlıqlar üçün 1759 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla cəmi 1959 manat pul və 40 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 1999 (bir min doqquz yüz doxsan doqquz) manat pul Cavabdeh alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar