Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-73/2024 29.05.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı elektron qaydada iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müşdərək qaydada S18K5777496 nömrəli 08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1705 manat əsas borcun, 511 manat dəbbə pulu olmaqla cəmi 2216 manat borc və iddia qaldırmaq üçün ödənilən 43 manat dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 2259 manat pulun alınaraq İddiaçı xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 08 noyabr 2019-cu il tarixdə Cavabdeh ilə aralarında S18K5777496 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi bağlandığını, eyni zamanda S18K5777496 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsinin təminatı qismində Cavabdeh ilə 08 noyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən 1822 manat dəyəri olan 1 ədəd samsung markalı televizoru alıcıya hissə-hissə ödənişlə satığını, alıcı ilkin ödəniş etməməklə həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olraq 18 ay müddətinə aylıq 102 manat olmaqla hər ayın 7-dək ödəməyi öhdəsinə götürdüyünü, lakin alıcı tərəfindən müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etmədiyini, alıcı tərəfindən 08 noyabr 2019-cu il tarixli S18K5777496 nömrəli müqvilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 15 manat ödəniş etdiyini, cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsini təmin etmədiyini bildirərək 08 noyabr 2019-cu il tarixli S18K5777496 nömrəli müqavilə üzrə 1705 manat əsas borcun, 511 manat dəbbə pulu olmaqla cəmi 2216 manat borc və iddia qaldırmaq üçün ödənilən 43 manat dövlət rüsumu olan pulla birlikdə ümumilikdə 2259 manat pulun alınaraq iddiaçının xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxslərin uçotu haqqında şəhadətnaməsinin sürətindən müəyyən olunur ki, İddiaçı borcu tələb etmək hüququ vardır. Məhkəmə 24 aprel 2024-cü il tarixdə cavabdehlər Cavabdeh və Zamin iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə bildiriş elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Lakin, cavabdehlər bildirişi 24. aprel 2024-cü il tarixdə qəbul etsədə məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli S18K5777496 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən 1822 manat məbləğində Samsung markalı Led televizor üçün ilkin ödəniş etmədən 1822 manat məbləğin 18 ay müddətinə aylıq 102 manat pul ödəməsini öhdəsinə götürmüşdür. İş materialına əlavə edilmiş 08 noyabr 2019-cu il tarixli S18K5777496 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı ümumi dəyəri 1822 manat olan X1 UE-55RU7140-1 ədəd əşyasını satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialına əlavə edilmiş alğı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən alıcı malın satış qiymətinin 1822 manatın 0 manatını ilkin ödəniş qismində satıcıya ödəyir, müqavilə bağlandıqdan sonra və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal alıcıya təhvil verilir. İş materialına əlavə edilmiş alğı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən alıcı malın satış qiymətindən ilkin ödəniş çıxdıqdan sonra qalan 1822 manatı 18 ay müddətinə ayda 102 manat olmaqla hər ayın 07-dək ödənilməlidir. İş materialına əlavə edilmiş alğı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1% (bir faizi) həcmində satıcının xeyrinə cərimə ödəyir. İş materialına əlavə edilmiş alğı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. İş materialına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə S18K5777469 nömrə ilə bağlanmış hissə-hissə alqı satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri alıcı icra etmədikdə Zamin alıcının satıcı qarşısındakı hissə-hissə alqısatqı müqaviləsindən irəli gələn bütün öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli zaminlik müqaviləsinin 5.1-ci bəndinə əsasən, müqavilə tərəflərin onu imzaladığı andan qüvvəyə minir və hər iki tərəfin bu müqavilə üzrə öhdəlikləri tam və lazımınca yerinə yetirməsi anınadək qüvvədədir. Alıcı müqavilə üzrə tam ödənişi icra etmədiyi müddətə qədər bu müqavilə icra olunmamış sayılır. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli S18K5777469 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Samsung markalı Led televizor üçün 1705 manat əsas borcun, 511 manat dəbbə pulu olmaqla cəmi 2216 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Sübutlar olaraq ərizəyə əlavə olunmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixli ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə olan ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli zaminlik müqviləsi və xx.xx.2024-cü il tarixli maliyyə arayışı göstərilənləri bir daha təsdiq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh və Zamin mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-ci maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi barədə iddiası əsaslıdır. Göründüyü kimi cavabdehlər Cavabdeh və Zamin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh və Zamin onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-1, 284-5.3, 284-6.1, 358.0.3 ,360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. 08 noyabr 2019-cu il tarixli S18K5777496 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi üzrə Samsung markalı Led televizor üçün 1705 manat əsas borcun, 511 manat dəbbə pulu olmaqla cəmi 2216 manat pul və 43 manat ödənilmiş dövlət rüsumu ilə ümumilikdə 2259 (iki min iki yüz əlli doqquz) manat pul cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-73/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-73/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver