Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-82/2025 07.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı "xxxx" MMC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan ıphone 13 pro max markalı telefon üçün 3301.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 330.10 manat dəbbə pulu olmaqla cəmi 3654.72 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il Xidməti üçün 988.02 manat ödənilməmiş hissə, 98.80 manat dəbbə pulu olmaqla cəmi 1086.82 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu üçün 556.30 manat ödənilməmiş hissə, 55.63 manat dəbbə pulu olmaqla cəmi 611.93 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefon üçün 450.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 45.05 manat dəbbə pulu olmaqla cəmi 519.15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 Samsung galaxy A24 markalı telefon üçün 384.90 manat ödənilməmiş hissə, 38.49 manat dəbbə pulu olmaqla cəmi 423.39 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün 339.90 manat ödənilməmiş hissə, 33.99 manat dəbbə pulu olmaqla cəmi 373.89 manat ümumilikdə 6 müqavilə üzrə 6669.90 manat borcun və 86.70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’ MMC-nə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə “ABC Telecom’’ MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan İphone 13 pro max markalı telefon , Beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il xidməti playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu, kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 PRO markalı telefon , qızıl zəmanət ultra 2 İL (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 olan Samsung Galaxy A24 markalı telefon ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün 6669.90 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3301.02 manat (18 ay x 183.39 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan İphone 13 pro max markalı telefon üçün ümumilikdə, 3654.72 manat olmaqla ondan, 3301.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 330.10 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 988.02 manat (18 ay x 54.89 manat + 0 manat ilkin ödəniş) olan Beko TV, ödənişin təminatı xidməti, zəmanət + 1 il xidməti üçün ümumilikdə 1086.82 manat olmaqla ondan 988.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98.80 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1948.96 manat (18 ay x 92.72 manat + 280 manat ilkin ödəniş) olan playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 PULSE 3D oyun pultu üçün ümumilikdə 611.93 manat olmaqla ondan 556.30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.63 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 508.86 manat (18 ay x 28.87 manat + 0 manat ilkin ödəniş) olan kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd ödənişin təminatı xidməti, imei kodu **********42862 olan blackvıew A55 pro markalı telefon üçün ümumilikdə 519.15 manat olmaqla ondan 450.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 45.05 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630.36 manat (18 ay x 35.02 manat 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 samsung galaxy A24 markalı telefon üçün ümumilikdə 423.39 manat olmaqla ondan 384.90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.49 manat dəbbə pulu, xx.xx.2024- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 339.90 manat (6 ay x 56.65 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo ümumilikdə 373.89 manat olmaqla ondan 339.90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.99 manat dəbbə pulu olmaqla ümumilikdə 6 müqavilə üzrə 6669.90 manat miqdarında borcu və 86.70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 6756.60 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və 04 iyul 2025-ci il tarixli ərizələr göndərərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiyini, məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazılarının olmadığını, iddialarını müdafiə etdiklərini bildirərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 3301.02 manat olan zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan ıphone 13 pro max markalı telefon üçün ilkin ödəniş etməməklə 18 ay müddətinə aylıq 183.39 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən cavabdehə alqısatqı qiyməti 988.02 manat olan beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il Xidməti üçün ilkin ödəniş etməməklə 18 ay müddətinə aylıq 54.89 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 1948.96 manat olan playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu üçün 280 mabat ilkin ödəniş etməklə 18 ay müddətinə aylıq 92.72 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 508.86 manat olan kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefon üçün ilkin ödəniş etməməklə 18 ay müddətinə aylıq 28.27 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 630.36 manat olan qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 Samsung galaxy A24 markalı telefon üçün ilkin ödəniş etməməklə 18 ay müddətinə aylıq 54.89 manat xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə alqısatqı qiyməti 339.90 manat olan ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün ilkin ödəniş etməməklə 6 ay müddətinə aylıq 56.65 manat ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisiyə alqı-satqı müqaviləsinə əsasən satılmış, imei kodu **********73396 olan ıphone 13 pro max markalı və imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefonların açılıb-bağlanması xidmətinə görə "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. İddiaçı MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh borc müqaviləsinin şərtlərini pozaraq aylıq ödəməli olduğu məbləği mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. İddiaçı MMC-nin 14 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan da bir daha müəyyən edilir ki, Cavabdeh borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan ıphone 13 pro max markalı telefon üçün 3301.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 330.10 manat dəbbə pulu olmaqla cəmi 3654.72 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il Xidməti üçün 988.02 manat ödənilməmiş hissə, 98.80 manat dəbbə pulu olmaqla cəmi 1086.82 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu üçün 556.30 manat ödənilməmiş hissə, 55.63 manat dəbbə pulu olmaqla cəmi 611.93 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefon üçün 450.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 45.05 manat dəbbə pulu olmaqla cəmi 519.15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 Samsung galaxy A24 markalı telefon üçün 384.90 manat ödənilməmiş hissə, 38.49 manat dəbbə pulu olmaqla cəmi 423.39 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün 339.90 manat ödənilməmiş hissə, 33.99 manat dəbbə pulu olmaqla cəmi 373.89 manat ümumilikdə 6 müqavilə üzrə 6669.90 manat məbləğində icra edilməmiş pul borcu yaranmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ona görə də xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, nəticədə hazırki vaxtadək onun iddiaçı qarşısında xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan ıphone 13 pro max markalı telefon üçün 3301.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 330.10 manat dəbbə pulu olmaqla cəmi 3654.72 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il Xidməti üçün 988.02 manat ödənilməmiş hissə, 98.80 manat dəbbə pulu olmaqla cəmi 1086.82 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu üçün 556.30 manat ödənilməmiş hissə, 55.63 manat dəbbə pulu olmaqla cəmi 611.93 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefon üçün 450.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 45.05 manat dəbbə pulu olmaqla cəmi 519.15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 Samsung galaxy A24 markalı telefon üçün 384.90 manat ödənilməmiş hissə, 38.49 manat dəbbə pulu olmaqla cəmi 423.39 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün 339.90 manat ödənilməmiş hissə, 33.99 manat dəbbə pulu olmaqla cəmi 373.89 manat ümumilikdə 6 müqavilə üzrə 6669.90 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86.70 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, imei kodu **********73396 olan İphone 13 pro max markalı telefon üçün 3301.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 330.10 manat dəbbə pulu olmaqla cəmi 3654.72 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, beko tv, ödənişin təminatı xidməti, zəmanət + 1 il Xidməti üçün 988.02 manat ödənilməmiş hissə, 98.80 manat dəbbə pulu olmaqla cəmi 1086.82 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, playstatıon 5, zəmanət + 3 il xidməti, PS5 pulse 3D oyun pultu üçün 556.30 manat ödənilməmiş hissə, 55.63 manat dəbbə pulu olmaqla cəmi 611.93 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kıeslect KR pro qol saatı, qızıl zəmanət ultra 1 il (kontakt) xidməti 2 ədəd, ödənişin təminatı xidməti, imei kodu **********42862 olan Blackvıew A55 pro markalı telefon üçün 450.50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 45.05 manat dəbbə pulu olmaqla cəmi 519.15 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********19670 Samsung galaxy A24 markalı telefon üçün 384.90 manat ödənilməmiş hissə, 38.49 manat dəbbə pulu olmaqla cəmi 423.39 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ödənişin təminatı xidməti, mını soba hısense, çaydan daewoo üçün 339.90 manat ödənilməmiş hissə, 33.99 manat dəbbə pulu olmaqla cəmi 373.89 manat ümumilikdə 6 müqavilə üzrə 6669.90 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86.70 manat məbləğində pulla birlikdə ümumilikdə 6756.60 (altı min yeddi yüz əlli altı manat, altmış qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №e-2(088)-82/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-82/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver