Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-84/2022 23.09.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC-nin, etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 360 manat siğorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət xərci olan pulla birlikdə Cavabdeh ümumilikdə 390.40 manat pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-KM-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı nəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko siğortası” növü ilə siğortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar Xətai rayon DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi əsasında siğortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönəldilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5460 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli siğorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5460 manat məbləğində siğorta ödənişinin avtonəqliyyat vasitəsinin təmirinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari siğortası olan “Azərsiğorta Dövlət siğorta” şirkəti tərəfindən 5000 manat İddiaçı ASC-nin hesabına ödənilmişdir. Ödənilmiş siğorta məbləğindən 5000 manat həmçinin 100 manat azadolma çıxılmış və 360 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində İddiaçı ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmiş lakin, cavabdeh həmin məbləği ödəməkdən yayınımış ona görə də subroqasiya hüququnun olduğunun nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq Cavabdeh 360 manat məbləğində pul borcu yaranmışdır. Ona görə də 30.40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 390.40 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 29 avqust 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 01 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli C-Mİ-0896/20 nömrəli nəqliyyat vasitələrinin (kasko) siğortası şəhadətnaməsinə əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı yük nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-də kasko siğorta növündə siğortalanmışdır. Cavabdeh idarə etdiyi VAZ 21074 markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində Fiat Doblo markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin nəqliyyat vasitəsini İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən hadisə nəticəsində Fiat Doblo markalı **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5460 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi **-KM-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində **-JX-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində Fiat Doblo markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5460 manat zərər İddiaçı ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin hadisə ilə bağlı Xətai rayon DYPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli C-Mİ-0896/20 nömrəli nəqliyyat vasitələrinin (kasko) siğortası şəhadətnaməsi, xx.xx.2020-ci il tarixi qəbz, Xətai rayon DYPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh qərarı, Xətai rayon DYPŞ tərəfindən verilmiş arayış, xx.xx.2020-ci il tarixli təhvil təslim aktı göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, İddiaçı ASC-nin siğorta aktından aydın olur ki, 5360 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin direktoru X1 hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq, borclunun vaxtında məlumatlandırılmasından xəbər verir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixində idarə etdiyi VAZ 21074 markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində **-JX-*** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində Fiat Doblo markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5460 manat manatını zərər məbləği olaraq ödəmişdir. Ödənilmiş siğorta məbləğindən 5000 manat, həmçinin 100 manat azadolma çıxılmış və 360 manat subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyan olaraq qalıq qalmışdır. Avtomobilin təmiri üçün zərər məbləği İddiaçı ASC tərəfindən fiziki şəxs X1 hesabına ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan Cavabdeh olduğundan həmin məbləği ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 360 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət xərci olan pulla birlikdə ümumilikdə 390.40 (üç yüz doxsan manat, qırx qəpik) manat alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-84/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-84/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver