Məhkəmə qərarları › İş №e-2(088)-86/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-86/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-86/2023 04.08.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsilə bağlı 3135 manat pul vəsaitinin və 51.40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes-Benz” 190 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi ilə hərəkətə başlayaraq Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsində yol nəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X3 3135 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-266/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı 3135 manat məbləğində siğorta ödənişi X3 ödənilmiş bununla da Cavabdeh 3135 manat borcu yaranmışdır. Ona görə də 51.40 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 3186.40 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 03 iyul 2023-cü il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 10 iyul 2023-cü il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli PAZ********** nömrəli İcbari Siğorta müqaviləsinə əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz 190 markalı minik nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmışdır. Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mercedes-Benz” 190 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsində “Saipa Tiba SX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin nəqliyyat vasitəsini İddiaçı ASCnin xx.xx.2021-ci il tarixli siğorta aktına əsasən hadisə nəticəsində “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3135 manat zərər məbləği X1 bank hesabına köçürülmüşdür. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz” 190 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsində “Saipa Tiba SX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3135 manat zərər İddiaçı ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-266/2023 saylı hökmündən nəlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli PAZ********** nömrəli İcbari Siğorta müqaviləsi, xx.xx.2021-ci il tarixi qəbz, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-266/2023 saylı hökmü, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş arayış, xx.xx.2021-ci il tarixli qüsur aktı, xx.xx.2021-ci il tarixli qaimə göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli İddiaçı ASC-nin siğorta aktından aydın olur ki, 3135 manat zərər məbləği avtomobilin təmiri üçün avtomobilin sahibi X1 hesabına köçürülmüşdür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İcbari Siğortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən siğortalının və ya siğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51.40 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixdə etibarnamə olmadan idarə etdiyi “Mercedes-Benz” 190 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsində “Saipa Tiba SX” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı vasitəsi ilə toqquşmuşdur və İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən hadisə nəticəsində “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3135 manat manatını zərər məbləği olaraq ödəmişdir. Həmin məbləğ subroqasiya qaydasında İddiaçı ASC-nin xeyrinə dəymiş ziyan olaraq qalıq qalmışdır. Avtomobilin təmiri üçün zərər məbləği İddiaçı ASC tərəfindən fiziki şəxs X1 hesabına ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan Cavabdeh olduğundan həmin məbləği ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Saipa Tiba SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsilə bağlı 3135 manat pul vəsaiti və 51.40 manat məbləğində dövlət rüsumu ilə birlikdə ümumilikdə 3186.40 (üç min bir yüz səksən altı manat, qırx qəpik) manat alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar