Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-89/2024 09.07.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı MMC-nin, Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC-nin hüquqşunası Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1984-cü il təvəllüdlü Cavabdeh 28 mart 2018-ci il tarixli ******* saylı borc müqaviləsinə əsasən 127 manat əsas borcu, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu olmaqla cəmi 227 və 11 yanvar 2019-cu il tarixli ******* saylı borc müqaviləsinə əsasən 612 manat əsas borcu, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu olmaqla cəmi 812 ümumilikdə iki müqavilə üzrə 1039 manat pul borcu yaranmışdır. Ona görə də 31 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə, Cavabdeh ümumilikdə 1070 manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin məcəllənin 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Lakin həmin pretenziya (xəbərdarlıq) məktubu və məktubun cavabdehə göndərilməsi ilə bağlı heç bir sənəd iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsində göstərilməmişdir. Mülki iş üzrə təqdim edilmiş sənədlərə qiymət verərək belə hesab olunur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin X1 vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 263, 264,267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: İddiaçı MMC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Soliton LTD” MMC-nin X1 vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-89/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-89/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver