Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-139/2022 12.08.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında tələbinin təmin edilməsi” barədə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasinda, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh subroqasiya qaydasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyirinə 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat, 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumu,və 0.40 (qırx qəpik)bank xidməti xərci, cəmi 3227.30 (üç min iki yüz iyirmi yeddi manat, otuz qəpik) manat manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** VF *** dövlət qeydiyyat nişanlı Ford Fusion markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixində TP3958910 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəfimizdən müqavilə üzrə öhdəliyimiz əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AZ *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumimiqdarı 6427,57 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1156,93 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 100,00 manat azadolma çıxılmaqla 7 484,50 (yeddimin dörd yüz səksən dörd manat əlli qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4 309,35 (dörd min üç yüz doqquz manat otuz beş qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 3 175,15 (üç min bir yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdeh(lər)dən xahiş etmişik cavabdeh(lər) tələb olunan məbləği ödəməkdən yayınmışlar. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 3 175,15 (üç min bir yüz yetmiş beş manat on beş qəpik) manat sğorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 51.75 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəməyə ünvanlandığı ərizəsində iddianıqəbul etdiyini, iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 21 iyun 2022-ci il tarixli, C-MİC-2805/20 nömrəli fiziki şəxslərin sahibliyində olan avtonəqliyyatların sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, 90- AZ-606 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 58000 manat sığorta məbləği həddində maddi zərərdən sığortalanmış və sığorta müddəti xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. Sığorta müddətində, yəni xx.xx.2020-ci il tarixində Cavabdeh idarə etdiyi Ford Fusion markalı ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Xırdalan istiqamətində hərəkət edərkən yolun intensivliyini nəzərə almayaraq düzgün ara məsafəsi seçməmiş, nəticədə onun idarə etdiyi Toyota Camry markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininə dəymiş, nəticədə sığortalıya məxsus avtomobil mexaniki zədə almışdır. Bununla bağlı İXP ******* nömrəli protokol tərtib olunmuş, nəqliyyat vasitəsinin sürücüsü Hüseynov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək cərimə olunmuşdur. Toyota Camry markalı ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qəza nəticəsində həmin avtomobilin sahibinə 3175.15 manat məbləğində ziyan dəyib. “Paşa Sığorta Şirkəti ASC dəymiş zərərin məbləğini 11 noyabr 2020-ci il tarixdə sığorta aktına əsasən 7484.50 manat müəyyən etmiş Toyota Camry markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 11 noyabr 2020-ci il tarixdə 3175.15 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan 99 VF Ford Fusion markalı 654 dövlət nömrə nişanlı avtomobili idarə edərkən "xxxx" markalı, 90- AZ-606 dövlət qeydiyyat nişanlı, Paşa Sığorta ASC tərəfindən tam sığorta olunmuş Toyota Camry markalı ** AZ *** dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı Paşa Sığorta ASC tərəfindən tam sığorta olunmuş "xxxx" markalı, 90- AZ-606 dövlət nömrə nişanlı avtomobilə 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hadisə nəticəsində "xxxx" markalı, 90- AZ-606 dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində pul vəsaitini ödədiyindən, iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyndən, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək zərər məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumu,və 0.40 (qırx qəpik)bank xidməti xərci cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi məbləği olan 3175.15 (üç min yüz yetmiş beş manat on beş qəpik) manat, 51.75 (əlli bir manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumu,və 0.40 (qırx qəpik)bank xidməti xərci, cəmi 3227.30 (üç min iki yüz iyirmi yeddi manat, otuz qəpik) manat tutularaq “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(089)-139/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-139/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver