Məhkəmə qərarları › İş №e-2(089)-139/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-139/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-139/2023 11.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı İrşad Electronics MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 509.4 manat əsas borc, 76.4 manat cərimə, cəmi 585.8 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İrşad Electronics MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(089)-139/2023 nömrəli qərardadı ilə İrşad Electronics MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı İrşad Electronics MMC-nin nümayəndəsi Nümayəndə 10 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının numayəndəsı iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, Culfa rayon İH Göydərə kənd İƏD üzrə nümayəndəliyinin 07 nömrəli, 04 aprel 2023-cü il tarixli məktubunda cavabdehin öldüyü qeyd edildiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlirəm ki, 06 mart 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İrşad Electronics MMC-nin qaytarılsın. 06 mart 2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İrşad Electronics MMC-nin qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar