Məhkəmə qərarları › İş №e-2(089)-149/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-149/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-149/2024 10.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 16 mart 2024-cü il tarixinə yaranmış, 19 iyun 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 650.70 manat əsas borc, 97.60 manat cərimə borcu, 17 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 121.10 manat əsas borc, 18.10 manat cərimə borcu, 27 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 195.90 manat əsas borc, 29.30 manat cərimə borcu, 03 aprel 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 199.90 manat əsas borc, 29.90 manat cərimə borcu, ümumilikdə 1342.50 manat borcun və 33.42 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı mobil telefon, xarici akumlyator almış, 18 ay, hər ay 42 manat olmaqla, cəmi 747.70 manat, 17 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı mobil telefon, qulaqcıq almış, 12 ay, hər ay 34 manat olmaqla, cəmi 403.10 manat, 27 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı mobil telefon almış, 12 ay, hər ay 42 manat olmaqla, cəmi 494.90 manat, 03 aprel 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “İphone” markalı mobil telefon, xarici akumlyator almış, 12 ay, hər ay 144 manat olmaqla, cəmi 1719.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 19 iyun 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 650.70 manat əsas borc, 97.60 manat cərimə borcu, 17 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 121.10 manat əsas borc, 18.10 manat cərimə borcu, 27 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 195.90 manat əsas borc, 29.30 manat cərimə borcu, 03 aprel 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqısatqı müqaviləsi üzrə 199.90 manat əsas borc, 29.90 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 1167.60 manat əsas, 174.90 manat cərimə, cəmi 1342.50 manat borcu yaranmışdır. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə əsasən, gecikdirilən borc məbləğinin 1 faizi dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehə 19 iyun 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 976 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 10 faizi, yəni 97.60 manatı, 17 yanvar 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 181 manat təşkil etdiyi halda , həmin cərimə məbləğinin 10 faizi, yəni 18.10 manatı, 27 yanvar 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 293 manat təşkil etdiyi halda , həmin cərimə məbləğinin 10 faizi, yəni 29.30 manatı, 03 aprel 2023-cü il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 299 manat təşkil etdiyi halda,həmin cərimə məbləğinin 10 faizi, yəni 29.90 manatı, cavabdehdən alınıb İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19 iyun 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” markalı mobil telefon, xarici akumlyator satılmışdır. 16 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 747.70 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 42 manat müəyyən edilmişdir. 17 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” markalı mobil telefon, qulaqcıq satılmışdır. 16 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 403.10 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 34 manat müəyyən edilmişdir. 27 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” markalı mobil telefon satılmışdır. 16 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 494.90 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 42 manat müəyyən edilmişdir. 03 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İphone, xarici akumlyator satılmışdır. 16 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə alqısatqı qiyməti 1719.90 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 144 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 02 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 33.42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 748.30 manat, 17 yanvar 2023-cü il tarixli, ********* saylı müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 139.20 manat borcu , 27 yanvar 2023-cü il tarixli, ********* müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 225.20 manat borcu, 03 aprel 2023-cü il tarixli, ********* müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 229.80 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 33.42 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 iyun 2023-cü il tarixli müqavilə üzrə 650.70 manat borc, 97.60 manat cərimə borcu, 17 yanvar 2023-cü il tarixli müqavilə üzrə 121.10 manat borc, 18.10 manat cərimə borcu, 27 yanvar 2023-cü il tarixli müqavilə üzrə 195.90 manat borc, 29.30 manat cərimə borcu, 03 aprel 2023-cü il tarixli müqavilə üzrə 199.90 manat borc, 29.90 manat cərimə borcu, ümumilikdə dörd müqavilə üzrə 1167.60 manat əsas, 174.90 manat cərimə borcu olmaqla, cəmi 1342.50 manat borc və 33.42 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar