Məhkəmə qərarları › İş №e-2(089)-156/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-156/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-156/2024 29.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı Nümayəndə cavabdeh X4 qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh X4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 26 mart 2023-cü il tarixli, 542 nömrəli Nisyə mal satılması müqaviləsi üzrə 2100 manat əsas borcun, 210 manat penyanın və 43.10 manat ödənilmiş dövlət rüsumunun X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, onun və cavabdeh X3 arasında 26 mart 2023-cü il tarixdə 542 nömrəli Nisyə mal satılması müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdeh X5 “İPHONE 13 PRO” markalı telefonu 12 aylıq kreditlə 2300 manata almış və onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 200 manat ödənilmiş, qalan 2100 manat borcunu ödəməkdən imtina edir. Müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğ də cavabdehin borcu hesab olunur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş, borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin o, borcun ödənilməsindən imtina etmişdir. Cavabdehin hazırkı vaxtadək 26 mart 2023-cü il tarixli, 542 nömrəli müqavilə üzrə 2100 manat əsas borcu, 210 manat penya borcu, cəmi 2310 manat borcu yaranmışdır. Cavabdeh X5 20 may 2024-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nümayəndə 600 manat borcunun olduğunu bildirmişdir. Culfa rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(089)-156/2024 nömrəli qərardadı ilə iddiaçı Nümayəndə cavabdeh X4 qarşı borcun tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Nümayəndə rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə maxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X4 məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş- 26 mart 2023-cü il tarixli, 542 nömrəli nisyə mal satılması müqaviləsindən müəyyən olunur ki, Nümayəndə və X5 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən X4 2300 manat dəyərində “İPHONE 13 PRO” markalı telefon satılmışdır. 10 may 2024-cü il tarixli arayışdan və müqaviləyə 1 nömrəli əlavədən müəyyən olunur ki, 26 mart 2023-cü il tarixli, 542 nömrəli Nisyə mal satılması müqaviləsi üzrə alqısatqı qiyməti 2300 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 175 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ilkin olaraq 200 manat, 6 ay hər ay 150 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1200 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nümayəndə və X5 arasında 26 mart 2023-ci il tarixli, 542 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən X4 “İPHONE 13 PRO” markalı telefon satılmışdır. 10 may 2024-cü il tarixli arayışdan və müqaviləyə 1 nömrəli əlavədən müəyyən olunur ki, 26 mart 2023-cü il tarixli, 542 nömrəli Nisyə mal satılması müqaviləsi üzrə alqı-satqı qiyməti 2300 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 175 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ilkin olaraq 200 manat, 6 ay hər ay 150 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1200 manat təşkil edir. Cavabdehə Nümayəndə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 21 aprel 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 43.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 26 mart 2023-cü il tarixli, 542 nömrəli Nisyə mal satılması müqaviləsinin 1.1 və 3.1ci bəndlərinə əsasən Nümayəndə 2300 manat dəyərində mobil telefonu Y.Ağazadəyə satmağı, Y.Ağazadə mobil telefonun dəyərini, yəni 2300 manatdan 200 manatı ilkin ödəniş kimi müqavilənin imzalandığı tarixdə, qalan 2100 manatı müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2 faizi miqdarında dəbbə pulu ödəməlidir. Beləliklə, təqdim edilmiş sübutlardan müəyyən olundu ki, Nümayəndə və X5 arasında bağlanmış 26 mart 2023-cü il tarixli, 542 nömrəli müqavilə üzrə Y.Ağazadənin ümumilikdə 1200 manat borcu vardır. Cavabdeh Y.Ağazadə məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçıya 600 manat borcunun olduğunu bildirsə də, bunu təsdiq edənə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Azərbaycan Respubikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə iddiaçının cərmə borcu barədə tələbi ilə bağlı bildirir ki, həmin hissədə də iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalı, 100 manat məbləğində cərimə cavabdehlərdən alınıb, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cərimə məbləğini azaldarkən kreditorun əmlak mənafeyini, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alır. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının ərizəsi qismən təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 43.10 manat dövlət rüsumunun 24.25 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, 18.85 manat hissəsi özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin edilsin. X2 26 mart 2023-ci il tarixli, 542 nömrəli müqavilə üzrə 1200 manat əsas borc, 100 manat penya olmaqla, ümumilikdə 1300 manat borc alınaraq Nümayəndə verilsin. Nümayəndə tərəfindən ödənilmiş ödənilmiş 43.10 manat dövlət rüsumunun 24.25 manat hissəsi X2 alınıb Nümayəndə verilsin, 18.85 manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənMehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar