Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-164/2023 07.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Rzayeva X12 Sura Miri qızına qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, X8 qalmış Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.1068 ha torpaq sahəsini miras olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası X25 28 may 2009-cü il tarixdə ölmüşdür. X25 öldükdən sonra Culfa rayonunun Bənəniyar kəndində 0.1068 ha torpaq sahəsi miras qalmışdır. X2 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Culfa Rayon Notariat ofisinə ərizə ilə müraciət etmiş, ərizəyə cavab olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas olaraq mirasın açılmasından altı ay müddətin keçməsi göstərilmişdir. Atası Vəkil ondan başqa vərəsələri arvadı X7 (vəfat edib), qızları X16, X27, X17, X10r. X1, X17 və X23 mirasdan onlara çatan payı qəbul etmədiklərinə və miras əmlaka dair hər hansı iddialarının olmamasına dair ərizələri təqdim etmişlər. Lakin cavabdeh X27 qeyd olunan miras əmlakı hər hansı əsasla qəbul etmədiyi halda miras əmlaka dair mənə vərəsəlik şəhadətnaməsi verilməsinə razılıq vermir. Mərhum atası X25 xx.xx.2009-cu il tarixdə öldükdən sonra həmin torpaq sahəsinə və üzərində inşa edilmiş yaşayış evinə özü sahiblik etmiş, həmin əmlak onun tərəfindən istifadə olunmuşdur. X4 məxsus fərdi yaşayış evi köhnə tikili olduğundan sökmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat veilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum X3 Gülcamal Miri qızının atasıdır. Vəkil 28 may 2009-cü il tarixdə ölmüşdür. X11 vərəsələri arvadı-X7, qızları X16, Cavabdeh, X17, X23 və İddiaçıdır. X7 ölmüşdür. X11 ölümündən sonra Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.1068 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı Culfa rayonunun Bənəniyar kəndində yaşayır. Atasının ölümündən sonra miras əmlakdan özü istifadə etmiş, mirasa sahiblik etmiş, su pulu onun tərəfindən ödənilmiş, X18 məxsus olan fərdi yaşayış evi köhnə tikili və qəzalı vəziyyətə olduğundan İddiaçı tərəfindən sökülmüş, həmin torpaq sahəsi üzərində tikili inşa olunmamışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Culfa rayon Dövlət notariat ofisinə müraciət etmiş, notariat ofisinin notariusu vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iddianı qəbul etdiyini, mərhum X2 miras qalmış Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.1068 ha torpaq sahəsini miras olaraq qəbul etmədiyini, əmlaka dair hər hansı iddiası olmadığını, Bakı şəhərində yaşadığını, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 170654, 1394031, 0962269, ******* və ******* nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, X16 xx.xx.1956-cı il tarixdə, Cavabdeh xx xxxx 1963-cü il tarixdə, X19 16 iyun 1965-ci il tarixdə, X20 01 iyul 1969-cu il tarixdə, X21 xx.xx.1971-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamələrin ata qrafasında X25, ana qrafasında X5 qeyd edilmişdir. Culfa rayon Qeydiyyat Şöbəsindən 16 yanvar 2023-cü il tarixdə verilmiş akt qeydindən çıxarışlardan müəyyən olunur ki, X25 28 may 2009-cu il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 38 nömrə ilə, X7 21 iyun 1992-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Culfa rayon İH-in Bənəniyar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 24 nömrəli, 18 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X11 vərəsələri X7 (ölüb), X16, Cavabdeh, X19, X20 və X9r. Culfa rayon Dövlət Notariat ofisinin 19 fevral 2023-cü il tarixli, 14 nömrəli məktubunda qeyd edilmişdir ki, “ Mərhum atanız X8 miras qalmış ünvan 1i ünvanında 0.1068 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Culfa rayon Notariat Ofisinə müraciət daxil olmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında çıxarışa əsasən mərhumun xx.xx.2009-cu il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddət buraxıldığından məhkəməyə müraciət edə bilərsiniz.” 54 nömrəli, 29 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı atası X25 xx.xx.2009-cu il tarixdə öldükdən sonra ondan qalan mirasa faktiki olaraq sahiblik etmişdir. Qeyd edilən torpaq sahəsi üzərində yerləşən köhnə, qəzalı vəziyyətdə olan tikili X25 öldükdən sonra İddiaçı təşəbbüsü ilə sökülmüş, yeni tikili üçün hamarlama işləri aparılmışdır. 14 nömrəli, 30 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı atası X25 öldükdən sonra ona məxsus olan 0,1068 ha həyətyanı torpaq sahəsinin su pulunu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, Cavabdeh məhkəməyə ünvanladığı ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X25 28 may 2009-cu il tarixdə ölmüşdür. Vəkil ölümündən sonra Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.1068 ha torpaq sahəsi miras qalmış, həmin miras əmlaka faktiki olaraq Vəkil qızı İddiaçı sahiblik edir. Torpaq sahəsi ilə bağlı su pulu İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı miras əmlaka sahiblik etməklə mirası qəbul etməsi sübut olunur. Həmçinin iş materiallarına əlavə edilmiş ərizələrdən müəyyən olunmuşdur ki, Vəkil birinci növbə vərəsələri, X7 ölmüş, qızları X16, Cavabdeh, X17, X23 mirası faktiki olaraq qəbul etməmiş, bacılara İddiaçı xeyrinə imtina etmişlər, gələcəkdə miras əmlakla bağlı hər hansı mülki iddia və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə gəldiyi nəticəni qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından müəyyən olunur ki, Culfa rayonunun Bənəniyar kəndində 0.1068 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 28 may 2009-cu il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Vəkil arvadı X7, qızları X16, Cavabdeh, X17, X23 və İddiaçı birinci növbə vərəsələridir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə, mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, mərhum Vəkil 2009-cu ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum Vəkil qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, İddiaçı həmin miras əmlakı faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur : miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, İddiaçı 2009-cu ildən mirasa sahiblik etməklə, miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Odur ki, İddiaçı iddiası təmin edilməklə, Culfa rayonunun Bənəniyar kəndində 0.1068 ha torpaq sahəsini miras olaraq qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X8 miras qalmış, Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.1068 ha torpaq sahəsini miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X15 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-164/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-164/2023
07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver