Məhkəmə qərarları › İş №e-2(089)-169/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-169/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-169/2022 29.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "ABC Telecom” MMC Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 2604 manat borcun, 260 manat cərimənin, 03 mart 2020-ci il tarixli müqavilə üzrə 451.50 manat borcun, 45.50 manat cərimənin, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 171.80 manat borcun, 17.20 manat cərimənin, 25 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 64.30 manat borcun, 6.70 manat cərimənin və 56.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq,"ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "ABC Telecom” MMC-nin baş direktoru H.İsrafilzadə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında 03 oktyabr 2020-ci il tarixli müqavilə imzalanmış, O, "ABC Telecom” MMC-dən ARİSTON Kombi, Samsung Paltaryuyan almış, 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 2604 manat ödənilməmiş hissə, 260 manat cərimə, 03 mart 2020-ci il tarixli müqavilə imzalamış, o, "xxxx" MMC-dən LG LED TV, MYKRONOZ saat almış, 03 mart 2020-ci il tarixli müqavilə üzrə 451.50 manat ödənilməmiş hissə, 45,50 manat cərimə, 23 dekabr 2019-cu il tarixli müqavilə imzalamış, o, "xxxx" MMC-dən İMEİ kodu **********41683 X2 8 Pro markalı telefon, Xiaomi Redmi qulaqlıq, qoruyucu şüşə almış, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 171.80 manat ödənilməmiş hissə, 17.20 manat cərimə, 25 oktyabr 2020-ci il tarixli müqavilə imzalamış, o, "xxxx" MMC-dən Tekstil yorğan, Tekstil yastık kılıfı almış, 25 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 64.30 manat ödənilməmiş hissə, 6.70 manat cərimə, ümumilikdə müqavilələr üzrə cəmi 3621 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1605 manatdır. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 03 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqaviləyə əsasən Cavabdeh ARİSTON Kombi, Samsung Paltaryuyan satılmışdır. 04 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2845 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 158 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 241 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 2604 manat, cərimə pulu 260 manat təşkil edir. 03 mart 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh LG LED TV MYKRONOZ saat satılmışdır. 04 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 03 mart 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1104 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 92 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 652.50 ödəniş etmiş, ödənilməmiş əsas borc 451.50, cərimə pulu 45.50 təşkil edir. 23 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********41683 olan X2 8 X1qlıq, qoruyucu şüşə satılmışdır. 04 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə alqısatqı qiyməti 834 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 69.50 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 662.20 ödəniş etmiş, ödənilməmiş əsas borc 171.80, cərimə pulu 17.20 təşkil edir. 25 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh Tekstil yorğan, Tekstil yastıq kilifi satılmışdır. 04 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 25 oktyabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 114 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 9.50 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 49.70 ödəniş etmiş, ödənilməmiş əsas borc 64.30, cərimə pulu 6.70 təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 17 iyun 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 05 avqust 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 56.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC TELECOM” MMC və Cavabdeh arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 3621 manat borcu vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 56.21 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3291.60 manat ödənilməmiş əsas borc, 329.40 manat cərimə borcu, 3621 manat borc və 56.21 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar