Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-181/2024 07.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 09 may 2019-cu il yatixli, BL283455 saylı müqavilə üzrə 53.80 manat əsas borc, 09 may 2019-cu il tarixli BL283456 saylı müqavilə üzrə 513.30 manat əsas borc, 05 avqust 2019-cu il tarixli, BL321371 saylı müqavilə üzrə 133 manat əsas borc, ümumilikdə 700 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 may 2019-cu il tarixli, BL283455 saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 686 manat dəyərində W/MACHNE HAİER HW60-1229AS markalı avadanıq almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 may 2019-cu il tarixli BL283456 saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 1247 manat dəyərində FRİDGER WHİRLPOOL WTNF 923 X markalı avadanıq almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli, BL321371saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 334 manat dəyərində Samsung A105 markalı telefon almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 09 may 2019-cu il yarixli, BL283455 saylı müqavilə üzrə 53.80 manat, 09 may 2019-cu il tarixli, BL283456 saylı müqavilə üzrə 513.30 manat, 05 avqust 2019-cu il tarixli, BL321371 saylı müqavilə üzrə 133 manat, ümumilikdə 700 manat borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 may 2019-cu il tarixli, BL283455 saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, cavabdeh İddiaçı MMCdən 686 manat dəyərində W/MACHNE HAİER HW60-1229AS markalı avadanıq almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ay 55 manat ödəməyi, 09 may 2019-cu il tarixli BL283456 saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-dən 1247 manat dəyərində FRİDGER WHİRLPOOL WTNF 923 X markalı avadanıq almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ay 67 manat ödəməyi, 05 avqust 2019-cu il tarixli, BL321371saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-dən 334 manat dəyərində Samsung A105 markalı telefon almış, müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. 15 aprel 2024-cü il tarixli borca dair arayışlardan müəyyən olunur ki, Cavabdeh 09 may 2019-cu il yatixli, BL283455 saylı müqavilə üzrə 53.80 manat, 09 may 2019-cu il tarixli BL283456 saylı müqavilə üzrə 513.30 manat, 05 avqust 2019-cu il tarixli, BL321371 saylı müqavilə üzrə 133 manat əsas borcu vardır. Cavabdeh İddiaçı MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 22 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 09 may 2019-cu il yatixli, BL283455 saylı müqavilə üzrə 53.80 manat əsas borcu, 09 may 2019-cu il tarixli BL283456 saylı müqavilə üzrə 513.30 manat əsas borcu, 05 avqust 2019cu il tarixli, BL321371 saylı müqavilə üzrə 133 manat əsas borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 may 2019-cu il tarixli, BL283455 saylı müqavilə üzrə 53.80 manat əsas borc, 09 may 2019-cu il tarixli BL283456 saylı müqavilə üzrə 513.30 manat əsas borc, 05 avqust 2019-cu il tarixli, BL321371 saylı müqavilə üzrə 133 manat əsas borc, ümumilikdə 700 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-181/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-181/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver