Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-232/2024 13.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 MMC Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 3155 manat əsas borcun və 60 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı2 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 MMC-nin direktoru tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 MMC və Cavabdeh arasında 14 oktyabr 2022-ci il tarixli şifahi razılaşmaya əsasən İddiaçı2 MMCnin satış təmsilçisi X2 müəyyənləşdirilmiş şərtlərlə və qaydada kosmotoloji məhsulları alıcı Cavabdeh mülkiyyətinə verməyi Alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən Alıcı hər ay ona təhvil verilmiş malın dəyərini 30 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmanın şərtlərinə uyğun olaraq “Sürət Karqo” vasitəsilə xx.xx.2023-cü il tarixli 415697 saylı bağlama ilə 2170 manat, xx.xx.2023-cü il tarixli, 421228 saylı bağlama ilə 1370 manat və xx.xx.2023-cü il tarixli 423386 saylı bağlama ilə 2340 manat dəyərində rəsmi olaraq alıcıya 5855 manat məbləğində məhsullar təqdim edilmiş, alıcı isə 2700 manat məbləğində borcunu müxtəlif vaxtlarda hissə-hissə ödəmişdir, hal-hazırda cavabdehin ödəməli olduğu məbləğ 3155 manat təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, hətta xx.xx.2023-cü il tarixli xəbərdarlıq, xx.xx.2023-cü il tarixli pretenziya, xx.xx.2023-cü il tarixli iddia ərizəsi, xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh müqavilə üzrə ödəməli olduğu borcu ödəməmişdir. Cavabdehin hazırkı vaxtadək 14 oktyabr 2022-ci il tarixli şifahi razılaşmaya əsasən 3155 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqların inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı VEUTİFUL” MMC-nə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, İddiaçı2 MMC ilə aralarında 14 oktyabr 2022-ci il tarixli şifahi razılaşma olmuş, İddiaçı2 MMC-dən 5855 manat məbləğində kosmetoloji məhsullar almışdır. O, müxtəlif vaxtlarda İddiaçı2 MMC-yə 2700 manat ödəniş etmiş, 3155 manat borcu qalmışdır. 2024-cü ilin mart ayında 500 manat, aprel ayında 200 manat məbləğində ödənişlər etmiş, həmin məbləğləri şirkət tərəfindən ona təqdim edilmiş Murad adlı şəxsin kart hesabına köçürmüş, lakin sonradan müəyyən olunmuşdur ki, Murad adlı şəxs 700 manatı İddiaçı2 MMC-yə ödəməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan qaimə-fakturaların surətindən görünür ki, İddiaçı2 MMC və Cavabdeh arasında şifahi razılaşmaya əsasən Cavabdeh 23 fevral 2023-cü il tarixdə 2170 manat dəyərində, 09 mart 2023-cü il tarixdə 1345 manat dəyərində, 14 mart 2023-cü il tarixdə 2340 manat dəyərində kosmetoloji məhsullar satılmışdır. Cavabdehə İddiaçı2 MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış razılaşmanın şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 06 iyun 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Beləliklə, təqdim edilmiş sübutlardan müəyyən olundu ki, İddiaçı2 MMC və Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh 5855 manat dəyərində kosmetoloji məhsullar satılmışdır. Cavabdeh “Sürət Karqo” vasitəsilə göndərilmiş 5855 manat məbləğində məhsulları almış və hazırkı vaxtadək onun tərəfindən müxtəlif tarixlərdə borclu olduğu məbləğdən 2700 manatı ödənilmiş, lakin 3155 manat borcunu ödəməmişdir. Cavabdeh izahatında da İddiaçı2 MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli şifahi razılaşma üzrə ümumilikdə 3155 manat borcu olduğunu bildirmiş, 700 manat ödəniş etdiyini bildirsə də, həmin məbləği VEUTİFUL” MMC-yə ödəməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 3155 manat əsas borc və 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı2 MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-232/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-232/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver