Məhkəmə qərarları › İş №e-2(089)-236/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-236/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-236/2022 19.12.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "ABC Telecom” MMC Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 3060 manat borcun və 50,60 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-dən Samsung Paltaryuyan, Samsung Soyuducu, Samsung LED TV, HYPERX Qulaqlıq, Samsung LED TV, İmei kodu **********43763 olan XİAOMİ REDMİ NOTE 10 markalı telefon, ROUTER Mİ Modern almışdır. Cavabdeh 15 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən Samsung Led TV, Yeni qızıl zəmanət (TV) 2 il-dən, 24 dekabr 2020-ci il tarixdə imtina etmiş və məhsul 1480.1 manat qiymətləndirilmiş, borcdan silinərək geri qaytarılmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2736 manat (24 ay 114 manat + 0 manat ilkin ödəniş) Samsung Paltaryuyan, Samsung Soyuducu üçün ümumilikdə 1999 manat olmaqla, 1817.70 manat ödənilməmiş hissə, güzəşt olunaraq 181.30 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1359 manat (18 ay x 75.50 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 830 manat olmaqla, 754.90 manat ödənilməmiş hissə, güzəşt olunaraq 75.10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1598.40 manat (24 ay x 66.60 manat + 0 manat ilkin ödəniş) HYPERX Qulaqlıq, Samsung LED TV üçün ümumilikdə 130 manat olmaqla, 118.30 manat ödənilməmiş hissə, güzəşt olunaraq 11.70 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 642.60 manat (18 ay x 35.70 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********43763 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün ümumilikdə 53 manat olmaqla, 48.6 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 110.40 manat (12 ay x 9.20 manat + 0 manat ilkin ödəniş) ROUTER Mİ Modern üçün ümumilikdə 48 manat olmaqla, 43.40 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.60 manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 59.30 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2183.40 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən S.X1, Samsung Soyuducu, Samsung LED Tv, HYPERX Qulaqlıq, İmei kodu **********4437763 XİAOMİ REDMİ NOTE 10 markalı telefon, ROUTER Mİ Modem satılmışdır. 15 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 27 dekabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2736 manat, ödəniş müddəti 24 ay, aylıq ödəniş 114 manat müəyyən edilmiş, cavabdeh əsas borcdan 918.30 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1.817,70 manat, cərimə pulu 181,30 manat təşkil edir. 23 dekabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1359 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 75,50 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 604,10 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 754,90 manat, cərimə pulu 75,10 manat təşkil edir. 15 dekabr 2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1.598,40 manat, ödəniş müddəti 24 ay, aylıq ödəniş 66,60 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 1.480,10 ödəniş etmiş, ödənilməmiş əsas borc 118,30 manat, cərimə pulu 11,70 manat təşkil edir. 20 iyun 2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 642,60 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 35,70 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 594 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 48,60 manat, cərimə pulu 4,40 manat təşkil edir. 04 aprel 2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 110,40 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 9,20 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 67 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 43,40 manat, cərimə pulu 4,60 manat təşkil edir. Cavabdehə "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə 11 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 16 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 50,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC Telecom” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqaqvilələr üzrə ümumilikdə 3060 manat borcu vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 50,6 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. X2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.817,70 manat ödənilməmiş hissə, 181,30 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 754,90 manat ödənilməmiş hissə, 75,10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 118,30 manat ödənilməmiş hissə, 11,70 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 48,60 manat ödənilməmiş hissə, 4,40 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 43,40 manat ödənilməmiş hissə, 4,60 manat cərimə, ümumilikdə 3060 manat borc və 50,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar