Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-244/2023 01.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X1 iddiaçı "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "ABC TELECOM” MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2414 manat borc və 44.14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə aralarında bağladıqları müqavilələrə əsasən, İMEİ KODU **********48027 HUAWEİ NOVA 9SE MARKALİ TELEFON, İMEİ KODU **********67220 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İMEİ KODU **********38009 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, İmei kodu **********77709 SAMSUNG GALAXY A52 markalı telefon, SAMSUNG WATCH 4 saat , XİAOMİ Mİ PORTABLE BT SPEAKER səsucaldıcı, AİWA qulaqlıq almış və nəticədə 2414 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 916.02 manat (18 ay x 50.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********48027 HUAWEİ NOVA 9SE markalı telefon üçün ümumilikdə 908 manat olmaqla ondan, 825.02 manat ödənilməmiş hissə, 82.98 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 572.04 manat (18 ay x 31.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********67220 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 515 manat olmaqla, ondan 468.04 manat ödənilməmiş hissə, 46.96 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 646.4 (altı yüz qırx altı manat qırx qəpik) manat (18 ay x 34.3 manat + 29 manat ilkin ödəniş) olan İMEİ KODU **********38009 XİAOMİ REDMİ NOTE 10S markalı telefon üçün ümumilkdə 376 manat olmaqla, ondan 341.1 manat ödənilməmiş hissə, 34.90 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 824.40 manat (18 ay x 44.8 manat + 18 manat ilkin ödəniş) olan İmei kodu **********77709 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilkdə 343 manat olmaqla, ondan 311.40 manat ödənilməmiş hissə, 31.60 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 539.40 manat (12 ay x 44.95 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG WATCH 4 saat üçün ümumilkdə 197 manat olmaqla, ondan 179.40 manat ödənilməmiş hissə, 17.60 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 57 manat (6 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan , XİAOMİ Mİ PORTABLE BT SPEAKER səsucaldıcı üçün ümumilkdə 41 manat olmaqla ondan 37.5 manat ödənilməmiş hissə, 3.50 manat cərimə cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108.96 manat (12 ay x 9.08 manat + 0 manat ilkin ödəniş) olan AİWA qulaqlıq üçün ümumilkdə 34 manat olmaqla, ondan 30.86 manat ödənilməmiş hissə, 3.14 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1470.90 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh imei kodu **********48027 HUAWEİ NOVA 9SE markalı telefon, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh imei kodu **********67220 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh imei kodu **********38009 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh imei kodu **********77709 SAMSUNG GALAXY A52 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh SAMSUNG WATCH 4 saat, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh XİAOMİ Mİ PORTABLE BT SPEAKER səsucaldıcı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh AİWA qulaqlıq satılmışdır. 18 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 916.02 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 50.89 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 91 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 825.02 manat, cərimə pulu 82.98 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 572.04 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 31.78 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 104 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 468.04 manat, cərimə pulu 46.96 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 646.40 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 34.30 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 305.30 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 341.10 manat, cərimə pulu 34.90 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 824.40 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 44.80 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 513 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 311.40 manat, cərimə pulu 31.60 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 539.40 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 44.95 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 360 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 179.40 manat, cərimə pulu 17.60 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 57 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 9.50 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 19.50 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 37.50 manat, cərimə pulu 3.50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 108.96 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 9.08 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 78.10 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 30.86 manat, cərimə pulu 3.14 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 06 iyun 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir İş materiallarına əlavə olunmuş 19 iyul 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 44.54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "ABC TELECOM” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə O.Abdullayevin ümumilikdə 2414 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 44.14 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2414 manat borc və 44.14 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(089)-244/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-244/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver