Məhkəmə qərarları › İş №e-2(089)-248/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-248/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-248/2025 25.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X1 İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73394 SAMSUNG GALAXY A24 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 295,8 manat ödənilməmiş hissə, 29,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN musiqi mərkəzi üçün 294,88 manat ödənilməmiş hissə, 29,49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÜTÜ BRAUN, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ üçün 64,1 manat ödənilməmiş hissə, 6,41 manat cərimə, ümumilikdə 720,26 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ KODU **********73394 SAMSUNG GALAXY A24 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, HOFFMANN musiqi mərkəzi, ÜTÜ BRAUN, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ almış və nəticədə 720,26 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660,36 manat (12 ay x 55,03 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********73394 SAMSUNG GALAXY A24 markali telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 325,38 manat olmaqla ondan, 295,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 494,96 manat (18 ay x 19,72 manat + 140 manat ilkin ödəniş) olan HOFFMANN musiqi mərkəzi üçün ümumilikdə, 324,37 manat olmaqla ondan, 294,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 75,6 manat (6 ay x 11,6 manat + 6 manat ilkin ödəniş) olan ÜTÜ BRAUN, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ üçün ümumilikdə, 70,51 manat olmaqla ondan, 64,1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,41 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 576,14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığında, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən Cavabdeh İMEİ KODU **********73394 SAMSUNG GALAXY A24 markalı telefon, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, HOFFMANN musiqi mərkəzi, ÜTÜ BRAUN, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ satılmışdır. 10 iyul 2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, 26 aprel 2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 660.36 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 55.03 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 364.56 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 295.8 manat, cərimə pulu 29.58 manat; 08 iyun 2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 494.96 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş 140 manat, aylıq ödəniş 19.72 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 200.08 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 294.88 manat, cərimə pulu 29.49 manat; 29 sentyabr 2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 75.6 manat, ödəniş müddəti 6 ay, ilkin ödəniş 6 manat, aylıq ödəniş 11.6 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 11.5 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 64.1 manat, cərimə pulu 6.41 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 19 iyun 2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 11 iyul 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə Cavabdeh ümumilikdə 720.26 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, 295.8 manat əsas borc, 29.58 manat cərimə, 08 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 294.88 manat əsas borc, 29.49 manat cərimə, 29 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 64.1 manat əsas borc, 6.41 manat cərimə borcu olmaqla, ümumilikdə 720.26 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar