Məhkəmə qərarları › İş №e-2(089)-269/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-269/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-269/2024 17.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ümumilikdə 850 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, "ABC TELECOM” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh İddiaçı MMC-dən OPPO qulaqlıq, İmei kodu **********40689 SAMSUNG GALAXY A24 MARKALİ telefon, SAMSUNG CHARGER, İmüi kod **********09078 OPPO A58 markalı telefon, 2 ədəd VİNİL MAT almış, həmin müqavilələr üzrə 850 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 182.04 manat (12 ay x 15.17 manat + 0 manat ilkin ödəniş) OPPO qulaqlıq üçün ümumilikdə, 201 manat olmaqla ondan, 182.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.96 manat cərimə borcu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 765 manat (12 ay x 63.75 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********40689 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, SAMSUNG CHARGER üçün ümumilikdə, 631 manat olmaqla ondan, 573.25 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.75 manat cərimə borcu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 747.96 manat (12 ay x 62.33 manat + 0 manat ilkin ödəniş) İmei kod **********09078 OPPO A58 markalı telefon, 2 ədəd VİNİL MAT üçün ümumilikdə, 18 manat olmaqla ondan, 16.63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.37 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində İmei kod **********09078 OPPO A58 markalı telefon, Paket M və QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmiş və məhsul 727,99 manat qiymətləndirilmiş, borcdan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 3.34 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 727.99 manat, ümumilikdə, 923.08 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh OPPO qulaqlıq, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İmei kodu **********40689 SAMSUNG GALAXY A24 MARKALİ telefon, SAMSUNG CHARGER, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İmüi kod **********09078 OPPO A58 markalı telefon, 2 ədəd VİNİL MAT satılmışdır. 17 iyul 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 182.04 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 15.17 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ödəniş etməmiş, ödənilməmiş əsas borc 182.04 manat, cərimə pulu 18.96 manat təşkil edir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 765 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 65.75 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 191.75 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 573.25 manat, cərimə pulu 57.75 manat təşkil edir. xx.xx.2923-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 747.96 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 62.33 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 3.34 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 16.63 manat, cərimə pulu 1.37 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-yə olan borcunu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 25 aprel 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir İş materiallarına əlavə olunmuş 30 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC-i və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə Cavabdeh ümumilikdə 850 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 182.04 manat əsas borc, 18.96 cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 573.25 manat əsas borc, 57.75 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 16.63 manat əsas borc, 1.37 manat cərimə borcu, ümumilikdə 850 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar