Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-310/2024 24.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı İnternet-2007 MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdim İddiaçı İnternet-2007 MMC-nin nümayəndəsi Cavabdeh oğluna qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1500 manat borcu, 150 manat penya pulunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Culfa Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(089)-3102024 nömrəli qərardadı ilə iddiaçı İnternet-2007 MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər uzrə sadələşdirilmiş icraat qaydasında borcun qaytarılması tələbinə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı İnternet-2007 MMC-nin nümayəndəsi 24 sentyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti uzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia qaldırılarkən 16 sentyabr 2024-cü il tarixdə, 65688107 nömrəli qəbzlə 36.50 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: İddiaçı İnternet-2007 MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İnternet-2007 MMC-yə qaytarılsın. 16 sentyabr 2024-cü il tarixdə, 65688107 nömrəli qəbzlə ödənilmiş 36.50 manat dövlət rüsumu İnternet-2007 MMC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Hakim
Məhkəmə qərarları › İş №e-2(089)-310/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-310/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver