Məhkəmə qərarları › İş №e-2(089)-327/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-327/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-327/2023 08.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçın (MMC) Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 28 may 2022-ci il tarixli, MOB03-3917 nömrəli alqı-satqı müqaviləsi üzrə 2000 manat əsas borc, 400 manat cərimə borcu, 25 iyun 2022-ci il tarixli, MOB03-3988 nömrəli alqı-satqı müqaviləsi üzrə 3200 manat əsas borc, 300 manat cərimə borcu, 17 iyul 2022-ci il tarixli, STN03-7753 nömrəli alqı-satqı müqaviləsi üzrə 1499 manat əsas borc, 251 manat cərimə borcu və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC-i arasında 28 may 2022-ci il tarixli, MOB03-3917 saylı alqı-satqı müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdeh 2100 manat dəyərində TEXNOPLUS mağazasından “X4 SM-S908 12-256 Gb Black, X3 2 almışdır. Müqavilə 1000 manat ilkin ödənişli, 6 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 2100 manat ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, hər ay 350 manat ödəniş etməli idi. Lakin cavabdeh 11 fevral 2023-cü il tarixdə cəmi 100 manat ödəniş etmişdir. Qalıq borc 2000 manat təşkil edir. Qalıq borc 2000 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2023cü il tarixinə qədər yaranan cərimə borcu isə 400 manat təşkil edir. Bundan başqa təkrarən, cavabdehlə ”TAB” MMC-i arasında 25.06. 2022-ci il tarixili, MOB03-3988 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 3700 manat dəyərində “Telefon Samsung SM- F926Gb-DS 12/256” almışdır. Müqavilə 500 manat ilkin ödənişli, 4 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 3700 manat, ümumi məbləği 4 ay ödəniş etmək şərti ilə, hər ay 925 manat ödəniş etməli idi. Cavabdeh 11 fevral 2023-cü il tarixdə cəmi 500 manat ödəniş etmişdir. Qalıq borcu 3200 manat təşkil edir. Qalıq borc 3200 manat olaraq qalır. Gecikmə ilə əlaqədar xx.xx.2023-cü il tarixə qədər yaranan cərimə borcu isə 300 manat təşkil edir. Bundan başqa təkrarən İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixili, STNO3-7753 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən TEXNOPLUS mağazasından Cavabdeh 1499 manat dəyərində “Kondisioner Gree SWH 18AACXD-K3NNA2B/1” almışdır. Müqavilə ilkin ödənişsiz, 10 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1499 manat məbləği 10 ay ödəniş etmək şərtilə, hər ay 150 manat ödəniş etməli idi. Cavabdeh bu müqavilə üzrə heç bir ödəniş etməmişdir. Qalıq borcu 1499 manat təşkil edir. Gecikmə ilə əlaqədar xx.xx.2023-cü il tarixinə qədər yaranan cərimə borcu isə 251 manat təşkil edir. Beləliklə cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, 28 may 2022-ci il tarixli, MOB03-3917 nömrəli alqı-satqı müqaviləsi üzrə 2000 manat əsas borcu, 400 manat cərimə borcu, 26 iyun 2022-ci il tarixli, MOB03-3988 nömrəli alqı-satqı müqaviləsi üzrə 3200 manat əsas borcu, 300 manat cərimə borcu, 17 iyul 2022ci il tarixli,STN03-7753 nömrəli alqı-satqı müqaviləsi üzrə 1499 manat əsas borcu, 251 manat cərimə borcu və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 7745 borcu yaranmışdır. 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 28 may 2022-ci il tarixli müqavilə üzrə borc məbləği 2100 manatdır. Ödəniş cədvəli üzrə hər ay 350 manat olmaqla, 6 ay müddətinə cəmi 2100 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 11 fevral 2023-cü il tarixdə 100 manat ödəniş etmiş, 2000 manat borcu, 400 manat cərimə borcu var. 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25 iyun 2022-ci il tarixli müqavilə üzrə borc məbləği 3700 manatdır. Ödəniş cədvəli üzrə hər ay 925 manat olmaqla, 4 ay müddətinə cəmi 3700 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 11 fevral 2023-cü il tarixdə 500 manat ödəniş etmiş, 3200 manat borcu, 300 manat cərimə borcu var. 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 17 iyul 2022-ci il tarixli müqavilə üzrə borc məbləği 1499 manatdır. Ödəniş cədvəli üzrə hər ay 150 manat olmaqla, 10 ay müddətinə cəmi 1499 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, heç bir ödəniş etməmişdir. 1499 manat borcu, 251 manat cərimə borcu var. Dəfələrlə xəbərdarlıq edilmiş, cavabdeh borcu ödəməkdən yayınır. Nisiyə alqı-satqı müqavilələrinin 5.3-cü məndinə əsasən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 1 faizi həcmində əlavə cərimə ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, iştirakı olmadan mülki işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 28 may 2022-ci il tarixli, MOB03-3917 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 2100 manat dəyərində “X4 SM-S908 12-256Gb Black, X3 1” satılmışdır. 25 iyun 2022-ci il tarixli, MOB03-3988 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 3700 manat dəyərində “Telefon Samsung SM-F926b-DS 12/256” satılmışdır. 17 iyul 2022-ci il tarixli, STNO3-7753 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 1499 manat dəyərində “Kondisioner Gree GWH18Aacxd-K3NNA2B/1” satılmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehdən İddiaçı MMC-yə olan 6699 manat əsas borc və müqavilə şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 951 manat cərimə borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Nisiyə alqı-satqı müqavilələrinin 5.3-cü bəndində qeyd edilmişdir ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 1 faizi həcmində əlavə cərimə ödəməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında 28 may 2022-ci il tarixdə, 25 iyun 2022-ci il tarixdə, 17 iyul 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrindən müəyyən olur ki, cavabdeh iddiaçıdan “X4 SM-S908 12-256 Gb Black, X3 2, “Telefon Samsung SM- F926Gb-DS 12/256”, “Kondisioner Gree SWH 18AACXD-K3NNA2B/1” almış, lakin müqavilə şərtlərini pozaraq, müqavilələr üzrə ödənişi tam həyata keçirməmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində müqavilə üzrə cavabdehin 6699 manat əsas borcunun, 951 manat cərimə borcunun olmasını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından da göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında 28 may 2022-ci il tarixli, MOB03-3917 nömrəli , 25 iyun 2022-ci il tarixli, MOB03-3988 nömrəli, 17 iyul 2022-ci il tarixli, STN03-7753 nömrəli alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, cərimənin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirmələrə görə hər gecikdirlən gün üçün aylıq ödənişin 1 faizi həcminədə cərimə tələbi qanunvericiliyə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 7299 manat dəyərində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 600 manatını ödəmişdır. İddiaçı 6699 manat əsas borc, 951 manat cərimə pulu tələb etsə də, məhkəmə hesab edir ki, əsas borc tələbi tam, cərimə borcu tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, həmçinin cavabdehin maddi vəziyyəti nəzərə alınmalı, müqavilələr üzrə cərimə borcu 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 6699 manat əsas borc, 100 manat cərimə pulu, cəmi 6799 manat pul tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun 84.44 manat hissəsi cavabdehdən alınıb iddiaçının hesabına ödənilməli, 10.56 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin təmin edilsin. Cavabdeh 28 may 2022-ci il tarixli, MOB03-3917 nömrəli müqavilə üzrə 2000 manat əsas borc, 25 iyun 2022-ci il tarixli, MOB03-3988 nömrəli müqavilə üzrə 3200 manat əsas borc, 17 iyul 2022-ci il tarixli, STNO3-7753 nömrəli müqavilə üzrə 1499 manat əsas borc, cəmi 6699 manat əsas borc, 100 manat cərimə tutulsun İddiaçı MMCnin xeyrinə ödənilsin. Ödənilmiş 95 manat məbləğində dövlət rüsumunun 84.44 manat hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin, 10.56 manat hissəsi iddiaçıya İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar