Məhkəmə qərarları › İş №e-2(089)-329/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №e-2(089)-329/2025

22.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № e-2(089)-329/2025 22.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair idia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh2 arasında 22 dekabr 2025-ci il tarixdə barışıq sazişi imzalanmış, Cavabdeh2 2026-cı ilin yanvar ayı daxil olmaqla, 2029-cu ilin sentyabr ayınadək hər ay 100 manat olmaqla, cəmi 4400 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı ilə aralarında mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsin xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, barışıq sazişinin şərtlərini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh2 tərəflərin imzalanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Cavabdeh 2026-cı ilin yanvar ayı daxil olmaqla, 2029-cu ilin sentyabr ayınadək hər ay 100 manat olmaqla, cəmi 4400 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür.

2. İddiaçı iddiadan imtina etmiş, barışıq sazişi ilə razılaşmışdır.

3. Cavabdeh 2026-cı ilin yanvar ayı daxil olmaqla, 2029-cu ilin sentyabr ayınadək hər ay 100 manat olmaqla, cəmi 4400 manat məbləğində pulu İddiaçı ödəmədikdə məhkəmə qərarı icraya yönəldiləcək. İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 29 sentyabr 2025-ci il tarixdə ********** nömrəli qəbzlə İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər.

Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar