Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-375/2023 22.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (subroqasiya qaydasında) pul tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən iddiaçının xeyrinə 295 manat vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırılmışdır ki, “VOLKSWAGEN PASSAT“ 2003 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 1xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə qədər icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. 2021-ci il iyulun 4-də Cavabdeh idarə etdiyi “VOLKSWAGEN PASSAT“ 2003 markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospektində “OPEL ASTRA” markalı **-SG-*** dövlət nömrə nişanlı avtomovillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nərimanov rayon DYPŞ-in xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən verilmiş 5337 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “OPEL ASTRA” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilə 295 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə 295 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur İddia ərizəsi üzrə tələb olunan məbləğ beş min manatdan az olduğundan hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını məhkəmə mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri, Nərimanov rayon DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “VOLKSWAGEN PASSAT“ markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilı idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmış, Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. 25 noyabr 2020-ci il tarixli, PXA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, **-XL-*** dövlət nömrə nişanlı, “VOLKSWAGEN PASSAT“ markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvəyə minməsi tarixli 10 dekabr 2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi 10 dekabr 2021-ci il olmuşdur. 5337 nömrəli, 07 iyul 2021-ci il tarixli qiymətləndirmə aktından müəyyən olunur ki, “OPEL ASTRA” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 295 manatdır. xx.xx.2021-ci il tarixli, PXA90134 nömrəli sığorta aktından görünür ki, 295 manat sığorta ödənişi "xxxx" MMC tərəfindən Xalq Sığorta ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan “VOLKSWAGEN PASSAT“ markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadob prospektində “OPEL ASTRA markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Cavabdeh hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-yə məxsus, Paşa Sığorta ASC tərəfindən tam sığorta olunmuş “OPEL ASTRA markalı, **-SG-***” dövlət nömrə nişanlı avtomobilə 295 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hadisə nəticəsində “OPEL ASTRA markalı, **-SG-***” dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 295 manat məbləğində pul vəsaitini ödədiyindən, iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 295 manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 295 manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyndən, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək zərər məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tələbkarın xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284.5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 295 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 325 manat məbləğində pul alınıb "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-375/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-375/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver