Məhkəmə qərarları › İş №e-2(089)-418/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-418/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-418/2025 09.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********11584 SAMSUNG GALAXY S24 markalı telefon üçün 1798 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 179,80 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 1529,88 manat ödənilməmiş hissə, 152,99 manat cərimə, ümumilikdə 3684.27 manat borc və 56.85 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ KODU **********11584 SAMSUNG GALAXY S24 markalı telefon, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ almış və nəticədə 3684,27 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1898 manat (12 ay x 154 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********11584 SAMSUNG GALAXY S24 markalı telefon üçün ümumilikdə, 2001,40 manat olmaqla ondan, 1798 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 179,80 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1729,88 manat (12 ay x 127,49 manat + 200 manat ilkin ödəniş) olan PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ Üçün ümumilikdə, 1682,87 manat olmaqla ondan, 1529,88 manat ödənilməmiş hissə, güzəşt olunaraq 152,99 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 300 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığında, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən cavabdehə İMEİ KODU **********11584 SAMSUNG GALAXY S24 markalı telefon, PS5 DUALSENSE OYUN PULTU, PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ satılmışdır. 28 noyabr 2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, 27 yanvar 2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1898 manat, ödəniş müddəti 12 ay, ilkin ödəniş 50 manat, aylıq ödəniş 154 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 100 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1798 manat, cərimə pulu 179.80 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.60 manat; 24 fevral 2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1729.88 manat, ödəniş müddəti 12 ay, ilkin ödəniş 200 manat, aylıq ödəniş 127.49 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 200 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 1529.88 manat, cərimə pulu 152.99 manat təşkil edir. 28 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********11584 SAMSUNG GALAXY S24 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 23.60 manat pul ödənilmişdir Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 05 noyabr 2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 56.85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğləri (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 27 yanvar 2025-ci il tarixli müqavilə üzrə 179.80 manat cərimə və 24 fevral 2025-ci il tarixli müqavilə üzrə 152.99 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən 27 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 50 manat və 24 fevral 2025-ci il tarixli müqavilə üzrə 50 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 27 yanvar 2025-ci il, 24 fevral 2025-ci il tarixli müqavilələr üzrə Cavabdeh ümumilikdə 3451.48 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 56.85 manat məbləğində dövlət rüsumunun 53.26 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3.59 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 1798 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 50 manat cərimə, 24 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 1529.88 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 3451.48 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 56.85 manat məbləğində dövlət rüsumunun 53.26 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, 3.59 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar