Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-42/2024 17.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 15 noyabr 2023-cü il tarixinə yaranmış 12 may 2022-ci il tarixli, 01195015 nömrəli müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 76.50 manat əsas borc, 11.40 manat cərimə borcu, 19 oktyabr 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisiyə) alqı-satqı müqaviləsi üzrə 586.90 əsas borc, 88 manat cərimə borcu, ümumilikdə 663.40 manat əsas borc, 99.40 manat cərimə borcu, cəmi 762.80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC-i ilə Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli, 01195015 nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı mobil telefon almış, 12 ay müddətinə, hər ay 79 manat olmaqla, cəmi 945.50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-i ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2022ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı mobil telefon almış, 12 ay müddətinə, hər ay 98 manat olmaqla, cəmi 1174.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12 may 2022-ci il tarixli, 01195015 nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 76.50 manat, 19 oktyabr 2022-ci il tarixli, ********* nömrəli müddətli alqı-satqı müqaviləsi üzrə 586.90 manat əsas borcu yaranmışdır. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə əsasən, gecikdirilən borc məbləğinin 1 faizi dərəcəsi ilə gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 114 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 10 faizi, yəni 11.40 manat, müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 880 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 10 faizi, yəni 88 manat, MMC-yə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 12 may 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” A736 GRAY 123 CB markalı mobil telefon satılmışdır. 19 oktyabr 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında müddətli (nisyə) alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh “Samsung” A736 GRAY 256GB markalı mobil telefon satılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, 12 may 2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 945.50 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 79 manat, 19 oktyabr 2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1174.90 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 98 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli, 19 oktyabr 2022-ci il tarixli müddətli (nisiyə) alqı-satqı müqavilələri üzrə cavabdehin İddiaçı MMC-nə ümumilikdə 762.80 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə, qət etdi İddia təmin edilsin. Cavabdeh 12 may 2022-ci il tarixli, 01195015 nömrəli müqaviləsi üzrə 76.50 manat əsas borc, 11.40 manat cərimə borcu, 19 oktyabr 2022-ci il tarixli, ********* nömrəli müqaviləsi üzrə 586.90 manat əsas borc, 88 manat cərimə borcu, ümumilikdə 762.8 borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-42/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-42/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver